Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Bakıda sürücünü təhqir edib, üzünə tüpürdü - Video

<b>Bakıda sürücünü təhqir edib, üzünə tüpürdü - Video</b>

Avtobus dayanacağında avtomobilini saxlayan sürücünün “Bakı Bus” sürücüsünü nalayiq söyüşlərlə təhqir etdiyini əks etdirən video yayılıb

Bakı Bus MMC-dən verilən məlumata görə, hadisə fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “Bakı Bus”a məxsus 99 JX 256 dövlət qeydiyyat nişanlı avtobusun “Neftçilər” metrostansiyasındakı dayanacağına daxil olarkən baş verib.
99 AL 789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtomobilini avtobuslar üçün nəzərdə tutulan dayanacaqda saxlayıb. Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib. Həmçinin o, ona iradını bildirən avtobus sürücüsünə hədə-qorxu gələrək, onu təhqir edib.
Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edib ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv