Son xəbərlər
15 İYUL
14 İYUL
13 İYUL
12 İYUL
İQTİSADİYYAT

Mobil operatorlar sıradan çıxır – “Elon Mask” gəlir

<b>Mobil operatorlar sıradan çıxır – “Elon Mask” gəlir</b>

Mobil operatorları yaxın 3-5 il ərzində çox böyük sınaqlar gözləyir

Bu sözləri iqtisadçı ekspert Samir Əliyev yerli mobil operatorlar və texniki yeniliklər barədə danışarkən deyib.
Ekspertin fikrincə, internetin inkişafı, Votsap, Viber, Tanqo, Teleqram və s. kimi proqramlar və kəşf ediləcək daha üstün əlavələr sonda mobil operatorları lazımsız xidmətə çevirə bilər:
“Vaxtilə rəqəmsal kameralar lentlə işləyənləri sıradan çıxardı. Hazırda elektrik və digər maşınlar daxili yanma mühərriki ilə işləyən maşınları sıradan çıxarmağa hazırlaşır. “Elon Mask” yaxın dövrdə dünyanı internetlə tam təmin edəcək. Bunun üçün 110 peyk buraxacaq və ikisini ötən həftə artıq göndərib.
Bu baxımdan, elə internet provayderlərini də çətin günlər gözləyir. Ona görə transmilli şirkətlər strategiyalarına dəyişiklik edirlər və dünyada baş verən proseslərə uyğunlaşmağa çalışırlar. Qısası, bütün bu texniki yeniliklər mobil operatorın gələcəyini çətinləşdirir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv