Son xəbərlər
24 APREL
23 APREL
21 APREL
20 APREL
QHT XƏBƏR

Bakıda “Biz sizi unutmadıq- 6” adlı bayram aksiyası

<b>Bakıda “Biz sizi unutmadıq- 6” adlı bayram aksiyası </b>

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi səhər saat 6:00-dan başlayaraq qarşıdan gələn “8 Mart” - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının müxtəlif yerlərində "Biz sizi unutmadıq - 6” adlı aksiya keçirib. Birlikdən verilən məlumata görə, aksiya çərçivəsində “Yeni Üfüq” İB-nin üzvləri paytaxtın ayrı-ayrı küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər. Aksiyanın əsas məqsədi “8 Mart” – Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar anaları sevindirmək olub. Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, artıq 6 ildir “8 Mart” bayramı öncəsi paytaxtda "Biz sizi unutmadıq” adlı aksiya həyata keçirilir: “Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz xanımlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk. Digər tərəfdən zəngin insanlarımıza bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rol olan analarımıza öz qayğılarını əsirgəməsinlər. Çox qürurverici haldır ki, bu il “Biz sizi unutmadıq – 6” adlı aksiyamıza dəstək olaraq onlarla xeyirsevər gənclərimiz Bakıda fərdi şəkildə bu aksiyaya qoşularaq öz həmrəyliklərini bildiriblər”. Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızılgüllər təqdim edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv