Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

“Martın 10-na mitinq təyin edilməsi seçki qanunvericiliyinin kobud surətdə pozulmasıdır”

<font color=red><b>“Martın 10-na mitinq təyin edilməsi seçki qanunvericiliyinin kobud surətdə pozulmasıdır”</b></font>

Qüdrət Həsənquliyev: “Bakı Şəhər İcra Hakimiyyətindən bununla bağlı izahat tələb etməliyik- niyə seçki qanunvericiliyinin bu formada pozulmasına şərait yaradır?”

“Əlbəttə bu dəyişikliklərə mən də səs verəcəyəm. Amma Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə etdiyimiz üçün bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Ölkədə prezident seçkiləri elan olunub. Seçki Məcəlləsinə görə, seçkilərin, o cümlədən namizədlərin lehinə, yaxud əleyhinə təbliğat və ya əks təbliğat aparmağa seçkilərə 20 gün qalmış icazə verilir”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhədi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasnda çıxışı zamanı səsləndirib. Millət vəkili “bəs onda Milli Şura adlanan quruma niyə belə hüquq tanınır?”, - deyə bildirib: “Onlar martın 10-da mitinq keçirmək istəyirlər və mətbuatda yayılan informasiyalara görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də bu aksiya sanksiyalaşdırılıb”.
Millət vəkili bildirib, axı qanunların aliliyini istəyən qrupun özü belə təşəbbüsdə olmamalıdır: “Birdən kimsə düşünə bilər ki, mənim hansısa narahatlığım var. Qətiyyən yox. Sadəcə olaraq qanunlara hörmət lazımdır. Kimsə düşünürsə ki, Əli Kərimli kimi bəduğur, savadsız, ağılsız qərarları və davranışları ilə tərəfdarlarına yalnız mərhumiyyətlər yaşatmış, xalq hərəkatını və demokratiyanı gözdən salmış, iki gün öncə Milli Şura adından bəyanat verərək əxlaqsız söyüş söyənləri tənqidçi adlandıran, özü də həmin əxlaqın daşıyıcısı olan bu ünsürün çağırışına savadlı və yetkin insanlar ciddi yanaşacaq, böyük səhvə yol verir. Mən ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunmasını alqışlayıram. Amma martın 19-dan sonra - seçkilərə 20 gün qalmış təbliğat kampaniyasına imkan verilir - gündə mitinq keçirsinlər və hər gün seçkinin əleyhinə kampaniya aparsınlar. Amma hazıda bu seçki qanunvericiliyinin kobud surətdə pozulmasıdır və hesab edirəm ki, biz, Bakı Şəhər İcra Hakimiyyətindən bununla bağlı izahat tələb etməliyik- niyə seçki qanunvericiliyinin bu formada pozulmasına şərait yaradır?”
Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv