Son xəbərlər
15 İYUL
14 İYUL
13 İYUL
12 İYUL
İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş naziri ilə görüşüb

<b>Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş naziri ilə görüşüb </b>

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstana səfəri zamanı Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb

Görüşdə Giorgi Kvirikaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, enerji və nəqliyyat sahələrində birgə irimiqyaslı layihələr həyata keçirilir və bu layihələr iştirakçı ölkələrə böyük fayda gətirir.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qonşu Gürcüstanla əməkdaşlığın inkişafını qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Ölkələrimizin iqtisadi-ticarət, investisiya, turizm, sosial və s. sahələrdə əməkdaşlığını qeyd edən Şahin Mustafayev nəqliyyat-tranzit və yükdaşımalar sahəsində əlaqələrin genişləndiyini, Azərbaycanda yaradılmış əlverişli infrastrukturun yük daşımalarının daha da artırılmasına, nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. Bu sahədə Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayan nazir Şahin Mustafayev layihənin yükdaşıma sahəsi ilə yanaşı, sərnişindaşıma və turizimin inkişafında da əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv