Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
TÜRK DÜNYASI

ABŞ-da PKK rəzaləti: Başbuğ çıxış edərkən… - Video

<b>ABŞ-da PKK rəzaləti: Başbuğ çıxış edərkən… - Video</b>

ABŞ-ın Con Hopkins Universitetində təşkil edilən Beynəlxalq Əlaqələr simpoziumunda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlkər Başbuğa qarşı hörmətsizlik edilib

Axar.az xəbər verir ki, Başbuğun çıxışı zamanı PKK tərəfdarları terrorizm təbliğatı həyata keçirərək, PKK-nın bayraqlarını dalğalandırıblar. Terror təşkilatı tərəfdarları həmçinin Başbuğa qarşı müəyyən təhqirlər də səsləndiriblər.
Provokatorların zaldan çıxarılmasından sonra əlinə PKK-nın bayrağını alan şəxs də iclasdan qovulub. Bunun nəticəsində iclasa nəzərdə tutulduğundan daha tez yekun vurulub.
Qeyd edək ki, Başbuğun qatıldığı iclasda əsas müzakirə mövzusu Türkiyə-ABŞ əlaqələri olub.
İlkər Başbuğ Türkiyədə atatürkçü general kimi tanınır. O, Baş Qərargah rəisi vəzifəsindən azad edildikdən bir müddət sonra çevriliş cəhdində ittiham edilərək həbs edilib. Daha sonra ona qarşı irəli sürülən ittihamların hamısının saxta olduğu üzə çıxıb və Başbuğ azad edilib.












FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv