Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
MƏDƏNİYYƏT

Varisin yeni kitabının imza günü

<b>Varisin yeni kitabının imza günü</b>

Mart ayının 9-da, saat 17-dən 20-dək paytaxtın İstiqlaliyyət küçəsində yerləşən Libraff kitab mağazasında Varisin "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək.
Cildində "Gənclərin birnəfəsə oxuyacağı kitab" qeydi yer almış "Uzaqdan gələn yağış" körpə fidanların qol-budaq atıb böyümək arzusunu gözündə qoyan amansız bağban qayçılarından bəhs edərək insanlığı "sevgi" adlı bir hədəfi "maddiyyat" və "təmənna" adlı cəlladların nişangahından çıxarmağa çağırır.
Onu da qeyd edək ki, yanvar ayından satışda olan və artıq kifayət qədər diqqət oyada bilən "Uzaqdan gələn yağış" kitabını Libraff mağazası imza günündə xüsusi 20 faizlik endirimlə satışa çıxaracaq.
Kitab Teas-press nəşriyyatında nəşr olunmuşdur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv