Son xəbərlər
16 İYUL
15 İYUL
14 İYUL
13 İYUL
DÜNYA

Putinin yeni raketləri hədəfə dəydi: Senatorlardan çağırış

<b>Putinin yeni raketləri hədəfə dəydi: Senatorlardan çağırış</b>

Demokrat senatorlar Cef Merkli, Dayan Faynstin, Edvard Marki və müstəqil senator Berni Sanders ABŞ Dövlət katibi Reks Tillersona müraciət edərək, onun Moskva ilə təcili danışıqlara başlamasını istəyiblər

01:52
Axar.az xəbər verir ki, senatorlar Tillersona göndərdiyi məktubda tərəflər arasında dialoqun Rusiya Prezidenti Vladimir Putinin 1 mart çıxışından sonra önəmli olduğunu bildiriblər.
“ABŞ və Rusiya arasında strateji dialoq Putinin yeni nüvə silahları yaratdıqlarını bəyan etdiyi 1 mart çıxışından sonra daha aktual olub. Putinin adını çəkdiyi silahlar artıq strateji hücum silahları haqqında razılaşma ilə məhdudlaşmır. Bu silahlar genişlənəcəyi təqdirdə situasiya gərginləşəcək. Biz Rusiya ilə bu razılaşmanı yeniləmək üçün danışıqlara başlamalıyıq. Əgər razılaşmanın müddətini uzatsaq, Rusiyanın nüvə silahı limitinə necə əməl etdiyini nəzarətdə saxlamış olacağıq”, - senatorlar məktubda bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv