Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

Erməni lobbisi savaşa hazırlaşır: Sərkisyan Qarabağı qaytarır

<b>Erməni lobbisi savaşa hazırlaşır: Sərkisyan Qarabağı qaytarır</b>

Avropadakı erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasında gərginlik artmağa başlayıb

Axar.az xəbər verir ki, lobbi Sərkisyanın Ermənistanı tam olaraq nəzarət altına almasından narahatlığını ifadə edib. Ölkəyə təsirini əldən vermək istəməyən lobbi artıq Sərkisyana qarşı sərt ittihamlar səsləndirir.
Ermənistanın “1in.am”saytına açıqlama verən Avropa Erməni Təşkilatları Forumunun sədri Aşot Qriqoryan Avropadakı ermənilərin ən çox Təhlükəsizlik Şurasının səlahiyyətlərinin artırılmasından narahat olduğunu deyib:
“Xarici analitiklər demokratik haqların fəlakətli şəkildə məhdudlaşdırılmasına Venesiya Komissiyası və Avropa Birliyinin reaksiya verməməsindən təəccübləniblər. Bizim Forumun analitikləri belə qənaətə gəliblər ki, hökumətin qapalı rejimdə iclas keçirmək qərarı çox təhlükəli tendensiyadır. Niyə bu görüşləri qapalı edirlər və burada hansı qərarları qəbul etmək istəyirlər? Belə qapalı iclaslar və Təhlükəsizlik Şurasının səlahiyyətlərinin parlamentdən yüksək olması bir şeyə - Ermənistanın “azad edilmiş torpaqları” (Qarabağ nəzərdə tutulur – red.) geri qaytarmağına xidmət edir. Serj Sərkisyanın bu torpaqları parlamentlə müzakirə etmədən qaytarılması üçün təklifi Təhlükəsizlik Şurasında keçiriləcək. Burada isə hər şey ona tabedir. Biz bəyan edirik ki, əgər bu baş versə, xalq qiyama başlayacaq”.
Qeyd edək ki, Ermənistanın Qarabağı işğaldan azad etmək planları ilə bağlı çıxışlar bundan öncə də dəfələrlə gündəmə gəlib. Erməni ekspertlər İrəvanı buna Moskvanın məcbur etdiyini bəyan etsələr də, hökumətdəki heç kim bu iddiaları təsdiqləmir. Bəzi mənbələr isə hətta daha da irəliyə gedərək, Sərkisyanın öz hakimiyyətini uzatmaq üçün Moskva ilə Qarabağ sövdələşməsi etdiyini söyləyirlər. Belə bir sövdələşmədə Moskvanın məqsədi həm Sərkisyanı hakimiyyətdə saxlamaq, həm də Azərbaycanı öz təsir zonasına qatmaqdır. Maraqlı məqam isə Kremlə yaxın bəzi rus ekspertlərinin son üç il ərzində dayanmadan Qarabağla bağlı optimist fikirlər söyləmələridir.
Ermənistan bu ilin aprelində parlamentli idarəetmə sisteminə keçəcək. Bu keçiddən sonra prezidentin səlahiyyətləri azaldılacaq və onların çox hissəsi baş nazirə veriləcək. Üstəlik, ordu, kəşfiyyat xidmətləri və polis baş nazirin tabeliyində olacaq. Ekspertlərin iddialarına görə, yeni baş nazir hazırkı prezident Serj Sərkisyan olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv