Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
HADİSƏ

“Seçkidə iştirak etmək vətəndaşlıq borcumuzdur!” - Siyəzəndə tədbir

<b>“Seçkidə iştirak etmək vətəndaşlıq borcumuzdur!” - Siyəzəndə tədbir</b>

Bu gün Gənclər Mərkəzində Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Seçkidə iştirak etmək vətəndaşlıq borcumuzdur!” mövzusunda dəyirmi masa keçirilib

Tədbir ilk növbədə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.3 yarımbəndinin (gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasının təmin edilməsi, qarşıdan gələn seçkilərdə rayon gənclərinin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edən gənclərin maarifləndirilməsi və seçkilərdə iştirakının təmin olunması məqsədi daşıyıb. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov qarşıdan gələn seçkilər haqqında ətraflı məlumat verərək bildirmişdir ki, seçkilər hər bir ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının seçmək hüququ vardır. 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququna malikdirlər.
“Seçkidə iştirak etmək vətəndaşlıq borcumuzdur!” - Siyəzəndə tədbir
Tədbirdə Siyəzən rayon Ağsaqqalar Şurasının sədr müavini Nəcməddin Mürvətovun “Ölkənin və rayonun sosial-iqtisadi həyatında gənclərin yeri və rolu”, Siyəzən Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Şəmşad Əliyevin “Bizim seçki hüquqlarımız”, 54 saylı Şabran-Siyəzən dairə seçki komissiyasının nümayəndəsi İxtiyar İsayevin “Səsvermə günü necə səs verməli”, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovanın “Gənclik davamlı inkişafın əsas qüvvəsidir” və rayon Gənclər və İdman idarəsinin rəis müavini Vüsal Alışovun “Gənclərin inkişaf meylləri və onlar üçün yaradılan imkanlar”, mövzularında məruzələri dinlənilib.
“Seçkidə iştirak etmək vətəndaşlıq borcumuzdur!” - Siyəzəndə tədbir
Çıxışlarda ölkəmizdə gənclərin inkişafı istiqamətində görülən işlər, Siyəzən rayonunun inkişafı ilə bağlı gələcək planlar, ictimai-siyasi həyatın vacib hissəsi kimi seçkilərin əhəmiyyəti, seçkilərin keçirilməsinin qanunvericilik əsasları, bu sahədə qəbul edilmiş hüquqi aktlar, seçki günü səsvermə proseduru və qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, gənclər nəinki səsvermə hüquqlarını reallaşdırmalı, hətta ətrafdakıları da bu prosesə cəlb etməlidir. Seçkinin vacib məsələ olduğunu bir daha vurğulayan məruzəçilər aprelin 11-də keçiriləcək prezident seçkilərində bütün gəncləri fəallıq nümayiş etdirməyə çağırıblar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv