Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
DÜNYA

Putinin ən güclü rəqibi ABŞ-la necə barışacağını anlatdı

<b>Putinin ən güclü rəqibi ABŞ-la necə barışacağını anlatdı</b>

Terrorizmi məhv etmək üçün kölgə iqtisadiyyatını aradan qaldırmaq lazımdır

Axar.az xəbər verir ki, bunu RT televiziyasına müsahibəsində Rusiya prezidentliyinə Kommunist Partiyasından namizəd Pavel Qrudinin söyləyib.
“Terrorizm əksər hallarda yoxsul əhalinin olduğu yerlərdə yaranır. İlk növbədə bu şəraiti ortadan qaldırmaq lazımdır. İnsanlar işləməlidirlər. Əgər insan işləyirsə, yaxşı əməkhaqqı alırsa və öz ailəsi üçün narahat olursa, ondan heç vaxt terrorçu olmayacaq. Əgər onun işi yoxdursa, hansısa fikirlərin təsiri altındadırsa, o zaman terror qruplarının asan şikarı halına gəlir. Bu mübarizə metodu ölkə daxilindəki qruplara aiddir. Digər dövlətlərdən olan təşkilatlarla isə savaşmaq lazımdır. Terrorizmi məğlub etmək üçün kölgə iqtisadiyyatının inkişaf mənbəyi ilə aktiv mübarizə aparılmalıdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında münasibətlərin yaxşılaşması üçün bərabər şərtlərdə danışıqlar aparılmalıdır:
“Əgər səninlə bərabər səviyyədə danışmırlarsa, özünü başqa cür aparırsan. Rusiya onunla bərabər səviyyədə danışılmasını istəyirsə, böyük iqtisadi güc olmalıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv