Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
HADİSƏ

Ekspert danışdı: 1200 şagird abortu statistikası hardandır?

<b>Ekspert danışdı: 1200 şagird abortu statistikası hardandır?</b>

1200 yeniyetmə qızın abort etdirilməsi məlumatı son 5 ilin statistikasıdır. 5 il ərzində məktəb yaşda olan 1200 şagird abort etdirib ki, onlarn hamısı məktəb yaşlı uşaqdır

Ola bilər ki, onların əksəriyyəti təhsildən hər hansısa səbəbdən yayınır. Ancaq hamısı məktəb yaşındadır.
Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov bir neçə gün öncə 1200 məktəblinin aborta məruz qalması ilə bağlı verdiyi səs-küylü açıqlamasındakı statistika barədə danışarkən deyib. K.Əsədov bildirib ki, onun verdiyi məlumatda və açıqladığı statistik rəqəmlərdə heç bir qaranlq məqam yoxdur:
“Mən açıqlamamda abort etdirən məktəb yaşlı uşaqların hamısının məktəbli, sagird olduğunu deməmişəm. Bildirmişəm ki, 1200 məktəb yaşında olan qız uşağı aborta məruz qalıb.
Ola bilər, həmin uşaqlar məktəbdə oxumur, hansısa formada təhsildən yayınıb, evləndirilib və s. Ancaq məktəb yaşında olduğu üçün məktəbli və uşaq hesab olunur və qanunla onların ailə qurması, uşaq dünyaya gətirməsi qadağandır. Onların məktəbdə oxumaması məktəbli olmaması anlamına gəlmir. Rəqəm dəqiqdir ki, son 5 il ərzində Azərbaycanda 1200 məktəb yaşlı uşaq aborta məruz qalıb”.
Ekspert bildirib ki, rəqəmləri Səhiyyə Nazirliyinin hər il yaydığı məlumata əsasən qeyd edib:
“Bu statistik məlumatı Səhiyyə Nazirliyi hər il yayır. Mən son 5 ilin rəqəmlərini hesablamışam. Ümumi nəticə budur. Ola bilər abort etdirən 14-15 yaşlı uşaq məktəbə getmir. Ancaq o, qanunla məktəbli hesab olunur. Statistika açıqlananda həmin uşaqların məktəbdə oxuyub-oxumadığı göstərilmir ki! Məktəb yaşında olduğu və ya konkret yaşı göstərilir. Mənim də məlumatım yoxdur ki, o uşaqlardan hansı məktəbdə oxuyur və ya ailəlidir, ya təhsildən yayınıb. Nəticə budur ki, 1200 məktəb yaşlı uşaq aborta məruz qalıb”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov son 5 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını bildirib. Onun sözlərinə görə, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir.
Bu açıqlama cəmiyyətdə böyük rezonans yaradıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv