Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
HADİSƏ

İlk dəfə səs verən gənclər - YAP-ın Pirallahı təşkilatında

<b>İlk dəfə səs verən gənclər - YAP-ın Pirallahı təşkilatında</b>

Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.3-cü (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) maddəsinin icrasına uyğun olaraq “İlk dəfə səs verən seçicilər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva, PRİH-in şöbə müdiri İsmayıl Əliyev ilk dəfə səs verəcək rayon gəncləri iştirak ediblər.
Tədbir rəsmi və nəzəri-praktiki olmaqla 2 hissədə təşkil edildi.
İlk dəfə səs verən gənclər - YAP-ın Pirallahı təşkilatında
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov tədbiri giriş sözü ilə açaraq, qonaqları və ilk dəfə səs verən gəncləri salamladı. Daha sonra çıxış edən natiqlər gənclərə Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə etdilər. YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Günel Məmmədova çıxışında ümumilikdə Pirallahı rayonunda seçki ərəfəsində görülən işlər, seçkiyə hazırlıq prosesi, seçici siyahılarının hazırlanması haqqında ətraflı məlumat verdi.
Praktiki hissədə səsvermə ilə bağlı 33 saylı məntəqə seşki komissiyasının-nın sədri Xavər İsmayılova çıxış edərək seçki günü səsvermə prosesi ilə bağlı gəncləri təlimatlandıraraq onlara ilk dəfə səsvermənin necə vacib olduğunu çatdırdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv