Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
MEDİA

Real TV sabah tam yayıma başlayır: nələr olacaq?

<b>Real TV sabah tam yayıma başlayır: nələr olacaq?</b>

Real TV 15 mart tarixindən tam yayıma başlayacaq

Axar.az-ın əldə etdiyi məlumata görə, sınaq testləri uğurla həyata keçirilib və komanda işə tam hazırdır. Bu səbəbdən sabahdan etibarən kanal yayıma başlayır.
Məlumata görə, Real TV xəbər-informasiya kanalı olacaq və fəaliyyəti dayandırılmış ANS kanalının “İç xəbər” verilişi formatında çalışacaq.
Peşəkarların işinin yüksək səviyyədə qurulması üçün kanalda çalışacaq əməkdaşların əməkhaqqlarının da kifayət qədər olduğu bildirilir. Bununla bərabər, yeni kanalda iş rejimi də olduqca ağırdır. Kanal rəhbərliyinin efir məkanına sürətlə daxil olmaq və liderə çevrilmək üçün “gecə-gündüz işləmək” prinsipini əsas götürdüyü iddia edilir.
Qeyd edək ki, kanalın rəhbəri tanınmış telejurnalist Mirşahin Ağayevdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv