Son xəbərlər
20 SENTYABR
19 SENTYABR
İQTİSADİYYAT

Azərbaycanın İqtisadiyyat naziri İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb

<b>Azərbaycanın İqtisadiyyat naziri İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb</b>

İrana səfər çərçivəsində İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriyətmadəri ilə görüşüb

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran xalqlarının tarixən yaxın olduğunu, dövlət başçılarının əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb, son 4 ildə keçirilmiş 10 yüksək səviyyəli görüş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair qərarların qəbul olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, məhz bu görüşlərin, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibinin geniş olması da əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir. Şahin Mustafayev Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu qeyd edərək, nəqliyyat dəhlizinin Avropa ilə Asiyanı birləşdirəcəyini vurğulayıb. Azərbaycan və İranın səmərəli iqtisadi əməkdaşlığında Neftçalada avtomobil zavodunun rolunu qeyd edən İqtisadiyyat naziri ildə 10 min avtomobil istehsal etmək gücündə olacaq müəssisənin ölkələrimizin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb. Bununla yanaşı, İranla birgə Azərbaycanda avtobus və kənd təsərrüfatı texnikası istehsal edən müəssisənin yaradıla biləcəyini, bu istiqamətdə danışıqların davam etdirildiyi bildirilib. Nazir Şahin Mustafayev Naxçıvan Muxtar Respublikasının Azərbaycan üçün strateji əhəmiyyətini qeyd edərək, buraya investisiya qoyuluşunun səmərəliliyini vurğulayıb.
İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriyətmadəri 90-cı illərdə Bakıda səfərdə olduğunu xatırlayaraq, ötən müddət ərzində Azərbaycanın çox dəyişdiyini və inkişaf etdiyini, ölkəmizin uğurlarının İranı sevindirdiyini vurğulayıb. Məhəmməd Şəriyətmadəri bildirib ki, İran Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçısını müşayət edəcək və ölkəmizin inkişafını əyani sürətdə görmək imkanı olacaq. İranlı nazir həmçinin, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibində sənaye komitəsinin yaradılmasını təklif edib, bunun müvafiq sahədə əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin də müzakirə edildiyi görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov, İranın “Xodro” şirkətinin baş direktoru Haşim Yekkə Zareəd də iştirak edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv