Son xəbərlər
19 İYUL
18 İYUL
17 İYUL
SİYASƏT

Dünya Kremlin üstünə gəlir: Rusiyanı nələr gözləyir?

<font color=red><b>Dünya Kremlin üstünə gəlir: Rusiyanı nələr gözləyir?</b></font>

Böyük Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsi olayı və Londonun buna görə Moskvanı ittiham etməsi ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini:

- Rusiyanın BMT-dəki nümayəndəsi Skripalın 2010-cu ildə məhz Moskva tərəfindən Britaniyaya təhvil verildiyini diqqətə çatdıraraq, QRU-nun keçmiş əməkdaşının Rusiya tərəfindən zəhərləndiyi iddiasını məntiqsiz adlandırdı. Bu fikirdə həqiqət payı nə qədərdir?
- Bu məsələ ilə bağlı yalnız ehtimalları dilə gətirmək olar. Təbii ki, Rusiya siyasi elitasının təcrübəsindən və ənənələrindən çıxış etsək, Skripalın zəhərlənməsini Kremlə bağlamaq mümkündür. Rusiyanın indiki hakimiyyəti adətən xəyanatkarları bağışlamır və bundan həm də çəkindirici faktor kimi istifadə edir. Digər tərəfdən, Skripalın zəhərlənməsindən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və yenilərinin tətbiqi üçün ictimai rəyə təsir göstərən amil kimi də istifadə oluna bilər. Hər halda bizim əlimizdə tərəflərdən hər hansı birini ittiham etmək üçün faktlar yoxdur. Ehtimallar isə çox vaxt dəqiq olmaya bilər.
- Britaniyanın Rusiyaya qarşı atacağı addımların sırasında diplomatların qovulmasından tutmuş yüksək səviyyədə əlaqələrin kəsilməsinə qədər ən sərt tədbirlər var. Bundan sonrakı dönəmdə Rusiyanın taleyi necə olacaq? Dünya Skripal insidentdən Rusiyaya qarşı necə “fayda” götürməyə çalışacaq?
- Britaniyanın Rusiyaya qarşı sanksiyaları Avropada stimullaşdırıcı faktor rolunu oynaya bilər. Baxmayaraq ki, Britaniya Avropa İttifaqını tərk edib, lakin hələ də Avropa siyasətində söz sahiblərindən biridir. Skripalla bağlı insidentdən isə təkcə Britaniya deyil, çoxları faydalanmağa çalışacaq. O cümlədən ABŞ və Rusiyanın Avropa İttifaqı ilə münasibətlərinin tamamilə qırılmasını istəyən dairələr.
- Bu insident və Qərbin hiddəti Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən uzaqlaşdırılmasına gətirib çıxara bilərmi?
- Məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi və nəticəsiz qalmasında qeyri-adi heç nə yoxdur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən hər birinin, o cümlədən Rusiyanın veto hüquq var. Rusiyanın BMT Təhlükəsizlik Şurasından uzaqlaşdırılması mexanizmi isə yoxdur. Bunun üçün ilk növbədə BMT-nin nizamnaməsi dəyişdirilməlidir. İndiki halda isə bu mümkün deyil. Çox güman ki, məsələnin müzakirəsi digər formatlarda - regional və subregional beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılacaq və Rusiyaya qarşı ciddi bir siyasi təzyiq kampaniyasına rəvac veriləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv