Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
MEDİA

“Aktual”ın 4 yaşı oldu

<font color=red><b>“Aktual”ın 4 yaşı oldu</b></font>


Bu gün Aktual.az saytının fəaliyyətə başlamasından dörd il ötür.

Baymedia.az xəbər verir ki, bu xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa bir zamanda öz oxucu auditoriyasını toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.

Artıq iki ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.az-la əməkdaşlıq edir. www.aktual.az internet resursunda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Saytın baş redaktoru əməkdar jurnalist İbrahim Rüstəmlidir.
“Xalq cəbhəsi” qəzetinin və “Baymedia”nın kollektivi adından həmkarlarımızı təbrik edir, yaradıcılıq uğurları arzulayırıq!