Son xəbərlər
20 SENTYABR
19 SENTYABR
TÜRK DÜNYASI

Türkiyə-Azərbaycan şəhid övladları qucaqlaşır

<font color=red><b>Türkiyə-Azərbaycan şəhid övladları qucaqlaşır</b></font>

Baş nazir Binəli Yıldırım: “Erməni işğalına tamamilə son qoyulması, Azərbaycanın işğal altındakı torpaqlarının təkrar Azərbaycana qaytarılması, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması haqq və ədalətin öz yerini tapması üçün əsas şərtdir”



Türkiyənin Baş naziri Binəli Yıldırım azərbaycanlı şəhid övladları ilə görüşüb.
Türkiyənin görüş “Türkiyə və Azərbaycanın şəhid övladları qucaqlaşır” sosial proqramı çərçivəsində baş tutub.
Baş nazirin azərbaycanlı şəhid övladları ilə görüşü “Çankaya köşkü”ndə keçirilib.
Görüşdə nitq söyləyən Binəli Yıldırım bildirib ki, şəhidlərimizin əmanətlərinə gözümüz kimi baxmaq hər birimizin borcudur: “Bunun üçün də Azərbaycanlı şəhid ailələri ilə Türkiytə şəhid ailələrinin daha çox bir araya gəlməsi, qaynaşması, bir-birini daha yaxından tanıması lazımdır. Bunun üçün əlimizdən nə gəlirsə edəcəyik”.
Binəli Yıldırım deyib ki, canları bahasına böyük qəhrəmanlıqlar göstərərək Vətən üçün həyatlarını sevə-sevə verən şəhidlərin xatirələrini yaşatmaq ən müqəddəs vəzifələrdən biridir: “Türkiyə və Azərbaycan daima, yaxşı gündə də, pis gündə də bir-birinə dəstək verən iki ölkədir. Azərbaycan və Türkiyə münasibətlərində qardaşlıq var, iki dövlət, bir millət anlayışı var. Bu layihələrlə birlikdə həmrəyliyimizin və işbirliyimizin daha da güclənəcəyinə ürəkdən inanıram.
Türkyə hər zaman Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib, buna önəm verib. Erməni işğalına tamamilə son qoyulması, Azərbaycanın işğal altındakı torpaqlarının təkrar Azərbaycana qaytarılması, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması haqq və ədalətin öz yerini tapması üçün əsas şərtdir”.
Baş nazir Binəli Yıldırım Azərbaycan torpaqlarının 25 ildir ki, işğal edildiyini və bunun qəbul edilməyəcəyin diqqət çəkib.
Azərbaycanlıların Afrin əməliyyatında Türkiyənin yanında olduqları kimi Türkiyə və türk millətinin də haqlı davasında Azərbaycanın yanında olduğunu bildirən Binəli Yıldırım, Afrində qəhrəman Türk silahlı qüvvələrinin dastan yazdığını vurğulayıb.
Türkiyənin baş naziri Bakıya səfərindən, president İlham Əliyevlə görüşündən, Azərbaycanda gördüklərindən də söz açıb: “Azərbaycan küçələrində insanlar “biz də Afrinə getmək, Türk qardaşlarımızla birlikdə savaşmaq, mücadilə aparmaq istəyirik” deyirdilər. Türkiyənin Bakıdakı səfirliyinə Afrin əməliyyatına getmək üçün müraciət edənlər var”.
Azərbaycana səfəri çərçivəsində Qarabağ qazisi Kamil Musəvi ilə görüşünü xatırladan Binəli Yıldırım deyib: “Bir gözünü və ayağını itirmiş qazimiz bizə Afrinə getmək istədiyini söylədi. Niyə getmək istədiyini soruşduqda, “insan gözsüz, ayaqsız yaşaya bilər, amma Vətənsiz yaşaya bilməz” dedi. Bu sözlər Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının nə qədər səmimi olduğunu bütün dünyaya nümayiş etdirir”.
Baş nazir Binəli Yıldırımın çıxışından sonra şəhid övladları Zeynəb Vakıf və Nihat Musaoğlu Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən şeirlər oxuyublar.


photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv