Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
TÜRK DÜNYASI

“Novruz bütün türk dünyasının bayramıdır”

<b>“Novruz bütün türk dünyasının bayramıdır”</b>

Nail Çələbi: “Novruzun türklər üçün ayrı bir dəyəri var”

Novruz Yeni il və Baharın başlanğıcı kimi qeyd olunsa da, türklər üçün ayrı bir dəyəri vardır. Bu barədə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi bildirib.
Nail Çələbi qeyd edib ki, 3 min ildən artıq yaşı olan Novruz həm də bütün türk dünyasının bayramıdır:
“Özünü türk hiss edən hər kəsi Novruz bayramı münasibətilə təbrik edir və arzulayıram ki, zülmə məruz qalan türk olmasın və dünyada işğal altında olan nə qədər türk torpağı varsa, tezliklə geri qaytarılsın” - deyə, N. Çələbi bildirib.
Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatına münasibət bildirən Nail Çələbi qeyd edib ki ,terror və terrorçulara dəstək verən ölkələrə qarşı Türkiyənin yanında yalnız türk dünyası oldu.
“Afrin - Zeytun Budağı Hərəkatında ölkəmizi tək qoymayan ancaq türk dünyası dövlətləri və xalqları oldu. Biz bir daha bunun şahidi olduq ki, türkün türkdən başqa dostu yoxdur” – deyə o bildirib.
Qeyd edək ki , dünən Türk Dünyası Parlamentlər Birliyində Novruz Bayranı münasibətilə bayram şənliyi keçirilib.
Şənlikdə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, birliyin fəxri üzvü Yüksel Değercan, Avropa jurnalistlər birliyinin rəhbəri Adnan Fişenk, millət vəkilləri iştirak edib.

BayMedia









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv