Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
HADİSƏ

Bakıda milyonlarla manat dəyərində brilyant saxlanıldı

<b>Bakıda milyonlarla manat dəyərində brilyant saxlanıldı</b>

Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşın ölkəyə gizli keçirilməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.
Vətəndaş gömrük nəzarətindən keçib nəzarət zonasını tərk edərkən saxlanılıb. Ondan baqajında, əl yükündə və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.
Bundan sonra vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşın üzərindən 17 ədəd kiçik ölçülü polietilen paketlərdə cəmi 571 ədəd müxtəlif həcmli qaşlar aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 96,072 karat olan brilyant qaşlardır.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv