Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SİYASƏT

Kreml Qarabağı Bakıya qaytarır – Erməni ekspert

<b>Kreml Qarabağı Bakıya qaytarır – Erməni ekspert</b>

Rusiyanın rəsmi şəxsləri Ermənistan ictimaiyyətinin fikrini yayındırmağa cəhd edirlər

Bunu “Lragir.am” saytına açıqlamasında erməni politoloq Stepan Qriqoryan deyib.
“Həm Zatulin, həm də Kosaçev sistem adamıdır. Onların arxasında hakimiyyət dayanır və dedikləri hər şey tam ciddidir. Bu cür bəyanatlar təsadüfən verilmir. Rusiya Qarabağı verməyi planlaşdırır. Rusiyanın bu addımı seçkidən sonra atacağını gözləyirdim. Rusiya özünü çox gözlətmədi. Bu səfərlər cəmiyyətin diqqətini dağıtmağa yönəlib.
Moskva artıq Qərbin superdüşməni olub. Moskva üçün hazırda Türkiyə çox vacibdir. Rusiya Ərdoğana onun istədiklərini verməyə hazırdır. Türkiyə çalışır ki, Rusiya ona Suriyada kürdlərlə mübarizədə və Qarabağda mane olmasın.
Onlar Ermənistanı Qarabağı qaytarmağa məcbur edirlər. Ruslar deyirlər ki, nəticə çıxarmışıq, Azərbaycana silah satmırıq. Bu gülməlidir. Çünki onlar satıla biləcək hər şeyi artıq satıblar. Rusiya balansı Azərbaycanın xeyrinə dəyişib”, – deyə o bildirib.
Qeyd edək ki, rusiyalı deputat Konstantin Zatulin İrəvanda çıxışı zamanı Moskvanın Aprel savaşından nəticə çıxardığını və Azərbaycana yalnız 2016-cı ildən öncəki müqavilə əsasında silahlar tədarük edildiyini bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv