Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
SİYASƏT

Sosial şəbəkə siçovullarının hədəfi

<b>Sosial şəbəkə siçovullarının hədəfi</b>

Son vaxtlar sosial şəbəkələrdən - Feysbukdan, İnstaqramdan söyüş və təhqir tribunası kimi istifadə edənlərin, mənəvi dəyərlərə tüpürənlərin sayı sürətlə artmaqdadır

Artıq onlar auditoriyalarını genişləndirməkdə, Yutub kimi böyük video-şəbəkələri zəbt edərək, sosial bəlaya çevrilməkdədirlər. Odur ki, mən də məsələ ilə əlaqədar fikirlərimi bölüşməyi qərara aldım. Düşünürəm ki, ən azı, ümumi işin xeyrinə olar.
Əvvəla, bu cür “insanlar”ı “sosial şəbəkə siçovulları” adlandırmağı təklif edirəm. Çünki siçovullar zibilin içində eşələndikləri kimi, bunlar da söyüşün içində eşələnirlər. Prinsipcə fərqi yoxdur, zibil insanın maddi tullantısı olduğu kimi, söyüş də mənəvi tullantısıdır. Sonra isə keçək “siçovulları”n bilavasitə özlərinə, görək bunlar kimdirlər və nə istəyirlər.
Hazırda bunların içində əsas adı çəkilənlər Vidadi İsgəndərli və Orduxan Teymurxandır. Amma adları qoşa çəkilsə də, bunlar başqa məqsədlərə xidmət edən tamam başqa-başqa adamlardır. Onları birləşdirən yeganə əlamət söyüşün, zibilin içində eşələnməkləridir.
Vidadi İsgəndərlinin danışığına, hərəkətlərinə diqqət etsək, dərhal hiss olunur ki, bu adamın psixi problemləri var. Belələri sosial şəbəkələrdə, elə Yutubda yetərincədir. Özlərini “cinayətkar aləmin” nümayəndəsi kimi qələmə verən, söyüş-nifrinləri yel dəyirmanı kimi üyüdüb-tökənlər nə qədərdir. Sadəcə olaraq, burda adlarını çəkmək, yazını zibilləmək istəmirəm. Bu adamların sözlərini, söyüşlərini eşidəndə, kişilərin tükləri biz-biz olur, indi görün qadınlar nə çəkir. Sanki bunların ana-bacıları, arvad-uşaqları yoxdur. Bunlar bir qayda olaraq, yaxın keçmişdə həbsxana həyatı yaşayan, orda bu və ya başqa səbəbdən aşağılanmaya məruz qalan, psixikası pozulan adamlardır. Türmədən çıxandan sonra bütün dünyaya düşmən kəsilirlər, hamıdan qisas almaq, hamını aşağılamaq istəyi ilə alışıb yanırlar. Bunlar əsl manyakdırlar və özlərinə diqqəti cəlb etmək üçün söyüşlərinə, təhqirlərinə ünvan seçdikləri şəxslər də, bir qayda olaraq, cəmiyyətdə yüksək nüfuz sahibi olanlar, yaxşı tanınanlardır.
Düşünürəm ki, fikrimi daha yaxşı çatdırmaq üçün burda bir haşiyə çıxmağa ehtiyac var. Nə qədər uğurlu müqayisə olduğunu deyə bilmərəm, amma yadıma piqmeylər düşür. Piqmeylər Cənubi Afrikada ibtidai icma səviyyəsində yaşayan qaradərili xalqdır. Boydan balaca, eybəcər və qorxaq olsalar da, meymuna oxşasalar da, çox hiyləgər və xaindirlər. Bu da onlara qonşu tayfalarla mübarizədə sağ qalmağa və indiyə kimi yaşamağa imkan vermişdir. Onların bir adəti var: adam əti yeməsələr də, öldürdükləri qəbilə başçısı, ya igid döyüşçünün ətindən bir-iki tikə yeyirlər. Şir, ya qaplan ovlayanda da belə edirlər. Bundan sonra bir qədər igidləşir, kişiləşirlər. Əmindirlər ki, ətlə birlikdə igidin, şirin gücü, cəsarəti də onlara keçir. Elə bilirlər ki, boyları da artır. Düşünürəm ki, Vidadi İsgəndərli də belələrindəndir...
Orduxan Teymurxan isə tamam başqa adamdır, bunun başı, psixikası yerindədir. O, sadəcə olarq video-blogerdir, ya da bu statusa iddia edir. Hər halda, onun əsas maraqları biznes maraqlarıdır. İş ondadır ki, Yutubda kanal açdıqda və müəyyən baxış sayına malik olduqda, yaxşı pul qazanmaq olur. Məsələn, günlük baxış sayı on mini keçərsə, siz reklamdan, alğı-satqıdan pul qazana bilirsiz, sosial şəbəkələri öz biznesinizə cəlb edirsiz və Yutub özü də sizə pul ödəməyə başlayır. Amma bunun üçün savad, istedad olmalıdır, video-bloger ən azı bir il konkret istiqamətdə işləməli və hər gün izləyiciləri maraqlandıracaq canlı bir video-süjet yükləməlidir. Bu keyfiyyətlərdən məhrum olanlar ya bonkrot olur, ya da tamam başqa, şərəfsiz, həm də zəhmətsiz qazanc yolu tuturlar. Axırıncılar özlərini tanıtmaq, baxış saylarını artırmaq üçün tanınmış adamları aşağılamağa çalışırlar. Məsələn, hər gün Azərbaycanın nüfuzlu şəxslərini, onların ailə üzvlərini (diqqət edin: ölüyə-diriyə, cavana-qocaya baxmadan) söyən, təhqir edən yeni-yeni video-süjetlər yükləyirlər. Doğrudur, bunun üçün xüsusi qabiliyyət lazım deyil, amma bütün mənəvi dəyərlərdən, abır-həyadan tamam azad olmalısan. Unutmaq olmaz ki, “hamıya və hər şeyə söymək, tüpürmək” yolunu tutanlar hər şeylərini və hər yerlərini bazara çıxarmağa hazır olanlardır. Amma bunları yalnız nəticə maraqlandırır, nəyin bahasına olursa-olsun, yalnız cib pulla dolsun. Nəticə də göz qabağsndadır, savadlı, istedadla video-blogerlərin bir ilə nail olduqlarına bunlar söyüş, təhqir hesabına bir neçə aya nail olurlar, baxışların sayını ən azı on minə qaldırırlar. Sonrası isə asandır, necə deyərlər, adi texnikadır.
Sual oluna bilər ki, niyə mən bunları belə detallı yazıram? Tamamilə haqlı sualdır və mənim də bu suala samballı bir cavabım var. Son günlərdə “sosial şəbəkə siçovulları”na Yutubda da, sosial şəbəkələrdə də tutarlı cavablar verilir. Şübhəsiz ki, ümumi işin xeyrinədir, bunların qabağından qaçsan, deyəcəklər qorxdu. Amma ziyanlı olacaq məqamlar da var, fikrimcə, “siçovulları”n müxalifət adlandırılması bunlarlan birincisidir. Müxalifət siyasi ambisiyaları olan, bizim radikal müxalifətdən fərqli olaraq, ictimai rəyə təsir edə bilən, təşkilatlanmış sivil bir institutdur, demokratik cəmiyyətin atributlarından biridir. “Sosial şəbəkə siçovulları” isə, yuxarıda dediyim kimi, cəmiyyətin mənəvi tullantıları arasında eşələnən bir qrupdur. Onların müxalifət (radikal, ya liberal – fərqi yoxdur) adlandırılması, az qala onlara siyasi status verilməsi, legitimləşdirilməsi anlamına gəlir. Odur ki, burda Dədə Qorquda ehtiyac yoxdur, hər kəsi və hər şeyi öz adı ilə çağırmaq lazımdır.
İkincisi - Vidadi İsgəndərli və Orduxan Teymurxan kimiləri Azərbaycanın televiziya kanallarında göstərməyə başlayıblar. Doğrudur, səssiz kadrlardır, amma “sosial şəbəkə siçovulları”nın reklamına xidmət etmirmi?! Axı, biz elliklə “sehirli yeşiyin” pərvanəsiyik, bizdə televiziya kanallarının auditoriyası sosial şəbəkələrdən on, yüz dəfələrlə böyükdür. Vidadi İsgəndərlinin, Orduxan Teymurxanın da istəyi bu deyildimi? Axı, yuxarıda qeyd etdim ki, bunlar fərqli adamlar olsalar da, fərqli məqsədlər tutsalar da, reklam olunmaq, baxış saylarını artırmaq üçün dəridən-qabıqdan çıxırlar. Olsun ki, biri maniakal psixoloji tələbatdan, o biri acgöz maddi maraqdan, amma fərqi nədir, biz onların dəyirmanına su tökmürükmü? Mən xüsusi bir monitorinq aparmamışam, düzü həvəsim də yoxdur, amma əminəm ki, “sosial şəbəkə siçovulları”nı televiziya kanallarında göstərməyə başladıqdan sonra onların video-süjetlərinin baxış sayı müəyyən qədər artıb. Axı, antireklam da bir reklamdır.
Bəs nə etməli, bütün müqəddəs dəyərləri tapdayan “sosial şəbəkə siçovulları” ilə necə mübarizə etməli? Karl Marksın orijinal bir kəlamı var, deyir ki, təklif vermədən tənqid etmək simasızlıqdır. Filosofla razılaşıram və öz təklifimi verməyə hazırlaşıram. Mən şəhərin kənarında, Bayıldan da o yanda yaşayıram. Qonşularım da yaxşı bilir, bizim tərəfdə bir dəstə sahibsiz it məskunlaşıb. Bizim zibillikdən qidalanırlar, bizim həyətdə yaşayırlar, bizə də hürürlər. Eşitdiyimə görə, sahibsiz itlər bir-iki dəfə bizim sakinlərə hücum ediblər, hətta xəsarər də yetiriblər. Amma mənimlə işləri yoxdur. Bilirsiz niyə? Çünki mən onlardan qorxmuram, qabaqlarından qaçmıram, üstümə gəlsələr, üstlərinə gedərəm. Bütün qorxaqlar kimi onlar bunu hiss edirlər, odur ki, hürürlər, amma hücum etmirlər. Düşünürəm ki, “sosial şəbəkə siçovulları” ilə də sahibsiz itlər kimi davranmaq lazımdır. Vəssalam!









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv