Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
İDMAN

Məmmədyarov yazdı: Erməniyə dəstək verənlər...

<b>Məmmədyarov yazdı: Erməniyə dəstək verənlər...</b>

Zamanım az da olsa, sizi izlədim. Azərbaycanlı olsam da, mənə deyil, İtaliyaya və erməniyə olan dəstəyi də gördüm

Kult.az xəbər verir ki, bu sözləri azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Feysbuk səhifəsində yazıb.
“Bu gün günlərdən dinləməkdir. Sizdən şikayətim yoxdur, sadəcə, məni dinləyin. Demək istədiyim budur, yaxşı ki, varsınız. Sizə birinciliyi yaşatmadım, üzr istəyirəm, amma sonunculuq nədir, bu hissi yaxın belə buraxmadım. Çox sağ olun ki, sona qədər inandınız mənə. Biz geri qayıdacağıq, uğurlar və 100 dəfə çox sağ olun”, - Məmmədyarov bildirib.
Qeyd edək ki, Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin sonuncu turunda hesabında 3 qələbə, 10 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov aktivindəki xalların sayını 8-ə çatdırıb. Digər görüşdə rusiyalı Aleksandr Qrişuk Fabiano Karuananı (ABŞ) məğlub edəcəyi təqdirdə Məmmədyarov turnirin qalibi olacaqdı. Lakin həmin oyunda turnirin lideri Fabiano Karuana Aleksandr Qrişuku məğlub edərək birinciliyi əldən verməyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv