Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
MƏDƏNİYYƏT

Türk sənətçilərdən Pərvinə “Kor ərəb“ dəstəyi - Video

<b>Türk sənətçilərdən Pərvinə “Kor ərəb“ dəstəyi - Video</b>

“O səs Türkiyə” mahnı müsabiqəsində iştirak etmiş azərbaycanlı çoban Pərvin Səfərovun səsləndirdiyi “Kor ərəbin mahnısı” türkiyəli sənətçilər tərəfindən çox bəyənilib

Kult.az xəbər verir ki, “Eşkiya dünyaya hökmdar olmaz” serialının musiqiçilərindən olan Ləvənd Günəş P.Səfərovun ifasını şəxsi İnstaqram hesabında paylaşıb. Sənətçi paylaşıma həmin serialda İlyas obrazını canlandıran aktyor Ozan Akbabanın adını qeyd edib. O.Akbaba paylaşıma şərh yazaraq, həmyerlimizin ifasını çox bəyəndiyini söyləyib və ona təşəkkür edib:
“Qardaşımın sayəsində səni tanıdıq, səmimi qəlbdən, düzgün formada oxuyursan. Səsinə, könlünə sağlıq. Yolların gözəl olsun”.
Pərvin Səfərov da onların bu jestinə cavab olaraq “Sağ olun, var olun. Sizin istəyinizlə səsləndirdim. Ümid edirəm, öhdəsindən gələ bilmişəm” yazıb.
Qeyd edək ki, Pərvin Səfərov bir müddət əvvəl sosial şəbəkələrdə yayılan ifasından sonra məşhurlaşmış və “O səs Türkiyə” mahnı müsabiqəsinə dəvət almışdı.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv