Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
DÜNYA

İrəvan ABŞ-ın “qara siyahısı”na meydan oxudu – Açıqlama

<b>İrəvan ABŞ-ın “qara siyahısı”na meydan oxudu – Açıqlama</b>

Ermənistan Rusiyadan silah almaqla öz maraqlarına xidmət edir və bundan sonra da sanksiyalar təzyiqinə rəğmən əməkdaşlığı davam etdirəcək

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə nazirinin müavini, Hərbi Sənaye Komitəsinin rəhbəri David Paxçanyan deyib.
“Sözsüz ki, sanksiyalar problemdir. Bizim qarşımızda təhlükəsizliyin təminatı məsələsi dayanır və biz öz maraqlarımızdan çıxış edəcəyik. Rusiya ilə münasibətlər kifayət qədər effektiv inkişaf edir. Birinci müdafiə krediti ilə bağlı tədarük, demək olar ki, tam başa çatıb. Bu işin davam ilə bağlı razılaşma var. Bu bizim ordunun təchizatının ciddi hissəsidir”, – deyə o bildirib.
Qeyd edək ki, 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp CAATSA qanununu qəbul edib. Həmin ilin oktyabrında isə Tramp Rusiya hərbi sənaye şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar cari ilin yanvarından qüvvəyə minib. Yeni qanuna əsasən, ABŞ Rusiya ilə silah müqaviləsi imzalayan ölkələrə qarşı sanksiyalar tətbiq etmək haqqına sahib olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv