Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

Ərəbistanın öz raketi özünü vurdu, İranı suçladı - Video

<b>Ərəbistanın öz raketi özünü vurdu, İranı suçladı - Video</b>

Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlər İran istehsalıdır

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanın Xarici İşlər naziri Adil Cübeyr deyib.
“İran BMT Təhlükəsizlik Şurasının Yəmənə tətbiq etdiyi embarqonun şərtlərini pozur. Bu silahların Səudiyyə Ərəbistanına qarşı istifadə edilməsi qəbuledilməzdir. Səudiyyə Ərəbistanı İrana uyğun bir zamanda, uyğun şəkildə cavab vermək haqqını özündə saxlayır”, - nazir bildirib.
Qeyd edək ki, martın 25-də Yəməndən Ərəbistana 7 raket atıldığı barədə məlumat yayılıb. Qeyd olunub ki, Ərəbistan HHM raketləri havada ikən məhv edib.
Lakin HHM kompleksinə məxsus raketlərdən ikisinin hədəndən yayınaraq, Ər-Riyada düşdüyünü əks etdirən video da yayılmışdı. İddiaya görə, Ərəbistanın öz raketi dağıntı ilə bərabər, bir nəfərin ölümünə də səbəb olmuşdu.











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv