Son xəbərlər
19 İYUL
18 İYUL
17 İYUL
SİYASƏT

Şeyx əsəbiləşdi: Allahın göndərdiyi ermənilər...

<b>Şeyx əsəbiləşdi: Allahın göndərdiyi ermənilər...</b>

Allah 200 il əvvəl erməniləri bizə qonşu olaraq göndərdi, amma təəssüf ki, bu qonşu mənfur çıxdı

APA-nın məlumatına görə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 Mart-Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş tədbirdə bildirib.
O qeyd edib ki, digər qonşular, böyük güclər də ermənilərin bu mənfurluğundan istifadə edib:
"Ermənilərin bu 200 ildə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı soyqırımlarını təkbaşına etməyiblər. Onların arxasında bizə qarşı separatçı niyyətdə olan iri güclər dayanıb".
Şeyx bildirib ki, ermənilər bu gün Ermənistanın yerləşdiyi qədim Azərbaycan torpaqlarındakı məscidləri murdarlayırlar:
"Yadımdadır, hələ o vaxt bizimkilər orda namaz qılanda narahat olurdular ki, ermənilər buraları murdarlayacaq".
Allahşükür Paşazadə əlavə edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsini dini müstəvidə davam etdirmək istəyirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv