Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
TÜRK DÜNYASI

Türk ordusu Tel-Rıfatı necə azad etdi? - Rusiya dəstəyi

<b>Türk ordusu Tel-Rıfatı necə azad etdi? - Rusiya dəstəyi</b>

Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat şəhərini terrorçulardan azad etməsinin detalları üzə çıxıb

Axar.az xəbər verir ki, Suriya mətbuatında Tel-Rıfatın və Minnaq hava limanının bölgədəki rus hərbi polislərinin köməkliyi ilə alındığı iddia edilib.
Məlumata görə, bölgədə 100-ə qədər rus hərbi polisi var. Türk ordusu hücum edərkən bölgədə YPG-çilərlə silahlı qarşıdurmalar yaşanıb. Bu zaman rus hərbi polisləri PYD/YPG terrorçuları ilə danışıqlar aparıb və onları şəhəri tərk etməyə razı salıb. Bundan sonra ruslar da bölgədən çıxıb və Tel-Rıfatla Minnaqa nəzarət TSQ və ASO-nun əlinə keçib.
Tel-Rıfat Suriyadakı keçid nöqtələrinə nəzarət baxımından mühüm əhəmiyyət kəsb edir. Bu şəhərin alınmasından sonra Türkiyə ordusu Menbiçi daha rahat azad edə biləcək.
Qeyd edək ki, TSQ ötən gün Tel-Rıfata nəzarəti ələ keçirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv