Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

Yarımçıq siyasətçi və yarımçıq tarixçiyə qısa tarix xatırlatması

<font color=red><b>Yarımçıq siyasətçi və yarımçıq tarixçiyə qısa tarix xatırlatması</b></font>

"Konstantin Zatulin Rusiya Federasiyası Dövlət Dumasında MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavinidir. Ancaq bu şəxsin fəaliyyəti tam əksinə, MDB ölkələri ilə, eyni zamanda, postsovet məkanında yaşayan rusiyalılarla əlaqələri korlamaqdan ibarətdir. Bu isə onun üzvü olduğu "Vahid Rusiya" fraksiyasının siyasi məqsədləri ilə izah edilə biləcək fəaliyyət deyil". Bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, K.Zatulin həmişə milli etnik zəmində qarşıdurmanı qızışdırmaqda ittiham olunub: "Gah əməkdaşlıq yaratmalı olduğu hansısa MDB ölkəsi tərəfindən persona non-qrata elan edilib, gah da hansısa tanınmayan bir separatçı rejimin "prezident seçkilərini" legitimləşdirmək üçün müşahidəçi statusunda orada iştirak edib. Ən nəhayətində isə öz yarımçıq tarixi bilgiləri və yarımçıq siyasətçi keyfiyyətləri ilə Azərbaycan Prezidentinin fikirlərini şərh etmək cəsarəti göstərib".
Millət vəkili xatırladıb ki, K.Zatulin Krımda separatçılığı dəstəklədiyinə və millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən persona non-qrata elan edildi, 2008-ci ildə Simferopol aeroportunda saxlanıldı və bu ölkəyə girişi birdəfəlik qadağan edildi. Elə həmin vaxt Ukrayna əleyhinə radikal fikirlər səsləndirdiyinə görə xəbərdarlıq aldı, 2017-ci ildən isə dövlət axtarışındadır. 2010-cu ildə K.Zatulin separatçı Dağlıq Qarabağ rejiminin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən persona non-qrata elan edildi. 2014-cü ildə isə Abxaziyada keçirilən seçki şousunda yenə eyni rolu oynadı".
H.Babaoğlunun fikrincə, onun siyasətçi mahiyyəti natamamdır, etnik separatçıların dəstəkçisidir və bu, o qədər barizdir ki, bəzən onun siyasi məqsədləri vətəndaşı olduğu dövlətin belə rəsmi maraqları nöqteyi-nəzərindən anlaşılan deyil:"Ona görə də Zatulinin kiminsə fikirlərini qeyri-ciddi adlandırmağa heç bir haqqı yoxdur. Çünki qeyri-ciddi biri varsa, o da elə Zatulindir. Ciddi siyasətçi hər şeydən əvvəl öz dövlətinin, qonşu və tərəfdaş ölkələrin maraqlarını nəzərə alan siyasətçidir. Təəssüf ki, Zatulin MDB ölkələri ilə əməkdaşlığa məsul şəxslərdən biri kimi, əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir. Bununla da təkcə həmin ölkələrin rəsmi strukturlarının deyil, eyni zamanda, MDB-də yaşayan çoxminli rus icmasının qınağına tuş gəlir, onların mənafeyini tapdalamış olur. Ciddi siyasətçilər isə heç vaxt bunu etmirlər".
H.Babaoğlu qeyd edib ki, Zatulinin tarixi təfəkkürü və tarixi şərhetmə "istedadı" elə onun "siyasətçi istedadı"ndan heç də geri qalmır: "Tarix keçmiş siyasət, siyasət isə hazırkı tarixdir" fikrini nəzərə alsaq, onda gərək Zatulin həm keçmiş siyasət olan tarixə ciddi yanaşsın, həm də bu günün siyasətçisi kimi gələcəkdə tarix olacaq sözləri və fikirlərində obyektiv olsun. Çox təəssüf ki, Zatulində bunların heç biri yoxdur. Bunun iki səbəbi ola bilər. Ya doğrudan da MDU-nun tarix fakültəsinin məzunu olan Zatulin universitetdə oxuyarkən Qədim dünya tarixi dərslərinə girməyib, ya da tarixi bilərəkdən təhrif edir. Hər ikisi olduqca pis haldır. Heç bir Roma imperiyası xəritəsində "Böyük Hayk" yazısı yoxdur. Xüsusilə də indiki Azərbaycanın inzibati siyasi sərhədləri, elə indiki Ermənistan da daxil olmaqla, heç bir xəritədə "Böyük Hayk" kimi göstərilmir. Həmin ərazilər müxtəlif dövrlərdə Sarmatiya, Albaniya, Midiya və s. kimi göstərilir ki, bura da həmişə Roma İmperiyası sərhədlərindən kənarda qalır. Roma xəritələrində müasir Azərbaycan və Ermənistanın, yəni tarixi Qərbi Azərbaycanın sərhədlərindən kənarda göstərilən ərazi isə Qıpçaq türklərinin vətəni kimi qeyd olunur. 1800-cü illərdən sonra Çar Rusiyası tərəfindən Azərbaycana, onun qərb hissəsi olan İrəvan, Zəngəzur, Göyçə və Qarabağa köçürülən haylar xristian olduqları üçün bu yerlərin avtoxtonları olan xristian qıpçaqlarının mədəniyyətinə və adına sahib çıxdılar. Həmin qıpçaqlar öz dillərini və mədəniyyətlərini zorən haylara verməli oldular. Beləliklə ilk dəfə tarixdə yalnız 1800-cü illərdən hay və hayk sözləri Cənubi Qafqazda işlənməyə başladı".
Millət vəkili "tarixçi" K.Zatulinə tarixi yaddaşını təzələmək üçün bir şeyi də xatırladıb: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarının bir hissəsi İrəvan paytaxt olmaqla gəlmə haylara 100 illiyinə icarəyə verildi ki, onlar da özlərinə dövlət qursunlar. Əvəzində isə Zəngəzura, Göyçəyə, Qarabağa iddia etməsinlər. Azərbaycan Prezidenti də bu tarixi həqiqətə və yaddaşa söykənərək deyir ki, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Göyçəyə, İrəvana, Zəngəzura qayıdacağıq. Bu mövqe isə beynəlxalq hüquqa və ümumiyyətlə, onun prinsiplərinə zidd deyil. Çünki beynəlxalq hüquq tərəfindən tanınan ən təməl hüquqlardan biri insanın doğulduğu torpaqlarda yaşamaq hüququdur. Azərbaycanda isə bu hüquqdan məhrum edilmiş insanların sayı 1 milyondan çoxdur. Onlar 1988-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən zorla, qəddarcasına qovulub. Prezident İlham Əliyev də hər bir Azərbaycan vətəndaşının hüquqlarının təminatçısı kimi, bu hüququ təmin edəcəyindən danışıb. Ona görə də bu çağırış Prezident İlham Əliyevin beynəlxalq nüfuzuna xələl yox, hörmət gətirir. Çünki bu fikirlərdə başqa ölkənin torpaqlarını işğal etməyə yox, beynəlxalq hüquqa hörmətə, tarixə obyektiv yanaşmağa, insanların dinc və bir arada yaşamasına çağırış var".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv