Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

Kemerovoda zərərçəkənlərin sayı 79-a qalxdı

<b>Kemerovoda zərərçəkənlərin sayı 79-a qalxdı</b>

Kemerovoda “Qış albalısı” ticarət mərkəzindəki dəhşətli yanğında zərərçəkənlərin sayı 79-a qalxıb

Axar.az xəbər verir ki, bu barədə məlumatı RİA yayıb. Bildirilir ki, hazırda 12 nəfər xəstəxanadadır, 67 nəfər isə ambulator müalicəyə buraxılıb.
İndiyə qədər yananlardan cəmi 27 nəfərin şəxsiyyəti tanınıb, 14 nəfər isə dəfn edilib.
Qeyd edək ki, 25 martda baş verən yanğında 64 nəfərin öldüyü bildirilmişdi. Ölü sayının 78 olması ilə bağlı iddiaların ardından isə ötən gün istintaq qrupu araşdırmaya başlayıb.
Olayla bağlı 5 nəfər saxlanılıb, ticarət mərkəzinin icraçı direktoru barəsində isə 2 aylıq həbs qərarı çıxarılıb.
Yanğında 400 nəfərin ölməsi barədə ukraynalı blogerin yaydığı məlumat isə provokasiya adlandırılıb və məhkəmə onun barəsində qiyabi həbs qərarı çıxarıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv