Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Bakıda bu yollar niyə bağlıdır? - Açıqlama

<b>Bakıda bu yollar niyə bağlıdır? - Açıqlama</b>

Bu gün səhər saatlarında Bakı şəhəri ərazisindəki bəzi mərkəzi küçə və prospektlərdə tıxac yaranıb

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Report-a bildirib ki, tıxacların yaranmasına səbəb mərkəzi küçə və prospektlərdə aparılan təmir işləri ilə bağlıdır:
"Hazırda Bakı şəhəri ərazisindəki küçə və prospektlərdə əsalı təmir və yenidənqurma işləri aparılır. Babək prospektində aparılan təmir işləri ilə bağlı artıq bir müddətdir ki, yol birtərəfli istifadə olunur.
Bundan başqa, Nərimanov rayonu ərazisindəki küçə və prospektlərdə yollara asfalt örtüyü döşənir və təmir işləri aparılır. İdman oyunları ilə əlaqədar şəhərin Səməd Vurğun, Üzeyir Hacıbəyli və Xəqani küçələrində yolların asfalt örtüyü yenilənir və təmir işləri aparılır. Bu səbəbdən də yalnız səhər saatlarında sözügedən küçə və prospektlərdə, eyni zamanda bu küçələrə birləşən yollarda nəqliyyatın hərəkəti müəyyən qədər çətinləşir və tıxac əmələ gəlir. Günün digər saatlarında isə Bakı şəhəri ərazisində tıxac müşahidə edilmir".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv