Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

ASO-dan PKK-ya insanlıq dərsi: Meyit əvəzinə...

<b>ASO-dan PKK-ya insanlıq dərsi: Meyit əvəzinə...</b>

Azad Suriya Ordusu Suriyada PKK terror təşkilatına insanlıq dərsi verib

Publika.az xəbər verir ki, PKK/PYD 2016-cı ildə 60 ASO üzvünü vəhşicəsinə qətlə yetirərək bir yük maşınında Afrin küçələrində nümayiş etdirmişdi.
İki il sonra ASO həmin yük maşınına humanitar yardım paketləri yükləyərək şəhər əhalisinə paylayıb.
Qeyd edək ki, 2016-cı ilin iyun ayında Azad Suriya Ordusunun Şam cəbhəsi terror təşkilatının işğalında olan Ayn Dəknə bölgəsinə hərbi hücum etmiş, yaşanan qarşıdurmada 80-ə yaxın üzvünü itirmişdi. PKK isə həlak olanların cəsədlərini Afrin sakinlərinə nümayiş etdirmişdi.
Şam cəbhəsinin Afrindəki komandirlərindən olan Əbu Əhməd Nur hadisə ilə bağlı açıqlamasında məqsədlərinin sülh və təhlükəsiz həyat olduğunu bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv