Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
07 DEKABR
SİYASƏT

Bu, azərbaycanlılara qarşı qəddarlıqdır – DTX-də konfrans

<b>Bu, azərbaycanlılara qarşı qəddarlıqdır – DTX-də konfrans</b>

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə bu bölgənin türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər

Report xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “1918-ci il, azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, ən dəhşətli faciələrdən biri 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
O bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
İ.Axundov əlavə edib ki, 1918-ci il azərbaycan-türk əhalisinə qarşı soyqırımı hadisələri yalnız Azərbaycan ərazisi ilə məhdudlaşmayıb, ümumilikdə Cənubi Qafqaz, Türkiyə və İranda yaşayan dinc müsəlman xalqlarını da əhatə edib.
"Ötən 20 il ərzində aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da erməni terrorçu-quldur dəstələri və Ermənistan hərbçiləri tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti davam edib" - deyə İşçi qrupunun rəhbəri vurğulayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv