Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
DÜNYA

Koreya liderlərinin görüş tarixi bəlli oldu

<b>Koreya liderlərinin görüş tarixi bəlli oldu</b>

Şimali və Cənubi Koreyanın yüksəkçinli nümayəndə heyətləri arasında danışıqlar başlayıb

Axar.az xəbər verir ki, bu barədə “Renxap” informasiya yayıb.
Məlumata görə, danışıqlarda Şimali Koreya nümayəndə heyəti 3 nəfərlə təmsil olunub. Onlara parlamentin Vətənin Sülh Yolu ilə Birləşdirilməsi komitəsinin sədri Li Son Qvon rəhbərlik edib.
Cənubi Koreya nümayəndə heyətinin rəhbəri isə Koreya Respublikasının Milli Birləşmə naziri Ço Men Qyun olub. Görüş zamanı iki ölkə liderlərinin iştirak edəcəyi zirvəyə hazırlıqlar və zirvənin dəqiq tarixinin müzakirə ediləcəyi açıqlanıb.
Türkiyə mətbuatı isə Şimali və Cənubi Koreya liderlərinin görüşücəkləri dəqiq vaxtın açıqlandığını yazıb. Görüşün 27 apreldə baş tutacağı bildirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv