Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
DÜNYA

Rusiyanın 11 günü qaldı: Kremli dəhşətli kabus gözləyir

<b>Rusiyanın 11 günü qaldı: Kremli dəhşətli kabus gözləyir</b>

Con Bolton ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olsa, Vladimir Putinin Trampın komandası ilə yaxınlaşmaq ümidləri öləcək

Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna açıqlamasında ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbou deyib.
“Con Bolton Rusiyaya qarşı münasibətdə çox sərt mövqeyə sahibdir. O, Ağ Evə gələn ay gələcək. Ona görə də ümid edirəm ki, Rusiya bundan mühüm nəticələr götürəcək və Qərblə münasibətlərdə daha az münaqişəli yollar axtarmağa başlayacaq”, – deyə o bildirib.
Radioya açıqlama verən amerikalı analitik Harri Kazianis isə Moskvanın Vaşinqtondakı dəyişikliyi doğru qiymətləndirməli olduğunu deyib:
“Con Bolton Rusiya üçün kabusdur. O, bütün kariyerası boyunca Rusiyaya qarşı sərt mövqe tutub. Bolton prezidentə öz siyasətində bir çox dəyişikliklər edilməsini məsləhət görəcək. Bunlardan biri isə Ukraynaya silah tədarükünün davam etdirilməsi olacaq”.
Qeyd edək ki, Bolton aprelin 9-da yeni vəzifəsinin icrasına başlayacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv