Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
HADİSƏ

Süpürgəçilərin həyatını necə qorumalı?

<b>Süpürgəçilərin həyatını necə qorumalı?</b>

Avtomobil yollarının təhlükəli hissələrində (körpü, sürətli hissələri, sərt döngələri və s.) mümkün qəzaların qarşısını almaq, xüsusilə də həmin yollarda xidmət çəkən kommunal qurumların əməkdaşlarının xəsarətini minimuma endirmək üçün xüsusi texnika cəlb edilməlidir

Bu sözləri Axar.az-a nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov 27 mart tarixində Aeroport yolunda asfaltı süpürən MİS əməkdaşı Cəmilə Salahovanın avtomobil vurması nəticəsində həlak olması və bu kimi halların təkrarlanmaması yollarından danışarkən deyib.
Ekspertin sözlərinə görə, yollarda təmizliyi həyata keçirən texnika əldə etmək o qədər də çətin deyil:
“Həmin texnikanın qiyməti 50-100 min ABŞ dolları cuvarındadır. Bakı yollarının təhlükəli hissələri üçün 40-50 xüsusi texnika lazımdır ki, bunun üçün də təxminən 5 milyon ABŞ dolları tələb olunur”.
A.Allahverənovun fikrincə, müvafiq dairələr bu kimi xüsusi texnikanın lazımi sayda əldə olunması ilə əlaqədar hərəkətə keçəcək.
Qeyd edək ki, 27 mart tarixində aeroport yolunda asfaltı süpürən MİS əməkdaşı Cəmilə Salahova Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə vurulub.
C.Səlimova hadisə yerində vəfat edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv