Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SİYASƏT

Qüdrət Həsənquliyev Lənkəran seçiciləriylə görüşüb

<font color=red><b>Qüdrət Həsənquliyev Lənkəran seçiciləriylə görüşüb</b></font>

Bu gün Lənkəran Mədəniyyət Mərkəzində prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev seçicilərlə görüşüb. Görüşü giriş sözü ilə açan BAXCP sədrinin müavini, BAXCP-nin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli Qüdrət Həsənquliyevin siyasi partiya sədri və millət vəkili kimi fəaliyyətindən danışıb. Daha sonra prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçicilərə seçki platformasının əsas istiqamətləri barədə məlumat verib. BAXCP sədri vətəndaşların seçkilərdə fəal iştirakının demokratik proseslərin inkişafı və vətəndaş mövqeyinin ifadə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qüdrət Həsənquliyev ölkədə qanunun aliliyinin təmin edilməs üçüni hüquqi islahatların aparılmasının vacibliyini qeyd edib. Prezidentliyə namizəd seçicilərin etimadını qazanacağı təqdirdə qəbul edəcəyi ilk qərarların məhkəmə-huquq sistemi ilə bağlı olacağını bildirib. Qüdrət Həsənquliyev öz çıxışında Qarabağ probleminin həlli yollarından, ordu quruculuğu prosesindən, vətəndaş cəmiyyəti quruculuğundan və digər məsələlərdən danışıb. Görüşün sonunda BAXCP sədri seçicilərin suallarını cavablandırıb.
Səfərdə BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevi partiyanın baş katibi Yaşar Kələntərli, sədr müavinləri Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli müşayiət ediblər.


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv