Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
DÜNYA

Türkmənbaşının oğlu 91% səslə deputat seçildi

<b>Türkmənbaşının oğlu 91% səslə deputat seçildi</b>

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə deputat seçilib

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Neytral Türkmənistan” qəzeti yayıb. Prezident oğlunun 91,42% səs toplayaraq, deputat olduğu bildirilib.
Qeyd edək ki, Sərdar Berdiməhəmmədov 1981-ci ildə anadan olub. O, Türkmənistan Kənd Təsərrüfatı Universitetini bitirib. Sərdar Berdiməhəmmədov ixtisasca mühəndis-texnoloqdur.
O, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Cenevrə Siyasi Təhlükəsizlik Mərkəzində də təhsil alıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv