Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
MEDİA

“Jurnalistlər etirazını ortaya qoymalıdır“ - Müzakirə

<b>“Jurnalistlər etirazını ortaya qoymalıdır“ - Müzakirə</b>

Onlar sanki bir söyüş makinasıdır, qarşılarına çıxan hər kəsi söyürlər

Hansısa yollarla ölkəmizi tərk edib Avropaya sığınan şəxslər son bir ayda Azərbaycan prezidenti, onun ailə üzvləri, ayrı-ayrı şəxslərə heç bir etik prinsipləri gözləmədən qara yaxmaqla məşğuldurlar. Təbii ki, bunun səbəbi ölkədə keçirilən prezident seçkiləridir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə deyib.
Ə.Amaşov bildirib ki, əvvəlki seçkilərdə də bu hallar yaşanıb, lakin bu dəfə narahatlıq doğuran məqam təhqir, söyüş hallarının əsas rol oynamasıdır: “Onlar sanki bir söyüş makinasıdır, qarşılarına çıxan hər kəsi söyürlər. Məqsəd vətəndaş-dövlət münasibətlərinə xələl gətirməkdir. Biz buna məhəl qoymaya bilərdik. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə həmkarlarımız həmin ölkə vətəndaşlarına ölkəmizlə bağlı dolğun məlumatlar verirlər. Bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər bunu sübut etdi. Ölkəmizə qarşı qarayaxma kampaniyası keçirənlərin sayı bir əlin barmaqlarından azdır. Onların çıxışlarında təhqirlə yanaşı, mövcud quruluşun devrilməsinə çağırış da var. Həmin insanların bu yöndə fəaliyyəti ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək. Lakin Azərbaycan jurnalistləri bu çıxışlarla barışa bilməz və öz etirazını ortaya qoymalıdır. Burada toplaşmağımızın məqsədi də budur. Axı bu insanlar bizdən nə istəyirlər?”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv