Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

Trampdan Türkiyə üçün önəmli qərar: Generallar mane olmasa…

<b>Trampdan Türkiyə üçün önəmli qərar: Generallar mane olmasa…</b>

Türkiyənin Suriyadakı PKK terrorçularına qarşı uğurlu əməliyyatlarını davam etdirməsinin qarşısını oradakı amerikalı hərbçilərin varlığı alırdı

Tramp qərarını həyata keçirərsə, Türkiyə ordusunun Menbiçə və digər yaşayış məntəqələrinə yolu açılacaq və PKK tör-töküntüləri daha ağır zərbələr alacaqlar.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Trampın ABŞ ordusunun Suriyadan çıxacağı ilə bağlı açıqlamasını şərh edərkən bildirib. Politoloq qeyd edib ki, Tramp biznesmendir və xərclənən pullara baxır:
“ABŞ Yaxın Şərqə 7 trilyon dollar xərcləyib, nəticə isə göz qabağındadır. Ona görə də pulun qədrini bilən Tramp Suriyada daha çox qalmanın mənasını görmür”.
Politoloqun sözlərinə görə, Tampın qərarı azdır, Pentaqondakı generalların Ağ Ev sahibinin qərarını yerinə yetirməsi lazımdır:
“Dəfələrlə olub ki, Tramp türkiyəli həmkarı Ərdoğana bir söz deyib, amerikalı generallar isə fərqli addım atıblar, Türkiyənin düşmənlərinə dəstək veriblər. Bu arada başqa bir sual da aktuallaşır. ABŞ həbçilərinin Suriyanı tərk etmələri Pentaqonun PYD və YPG terrorçularına dəstəyi dayandıracağı anlamına gəlirmi?”
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtda ABŞ ordusunun Suriyadan çıxarılacağı ilə bağlı Tvitterdə məlumat paylaşıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv