Son xəbərlər
19 İYUL
18 İYUL
17 İYUL
SİYASƏT

Sivasda Qarabağla bağlı mühüm konfranslar

<b>Sivasda Qarabağla bağlı mühüm konfranslar</b>

Millət vəkili Qənirə Paşayeva Sivas Türk Ocaqlarında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans keçirib

Millət vəkili konfransda bütün müsəlman dünyasında ilk cümhuriyyətin Azərbaycanda qurulmasından, cümhuriyyətin həyata keçirdiyi böyük işlərdən, onun qurucularından danışıb.
“Gənclərimizə babalarımızı, nənələrimizi daha yaxşı öyrətməliyik. Onların düşüncəsində Azərbaycan-Türkiyə ayırımı yoxdur, onların düşüncəsində və qəlbində vətən var idi. O vətən Türkiyədən Azərbaycana, Kərkükdən, Krımdan, Türküstana qədər uzanırdı. Biz nə zaman vətən anlayışını doğru qəbul etdik, o zaman uğur qazandıq. Biz Çanaqqalını birlik ruhumuzla qazandıq. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Bundan sonra da bərabərliyimizi gücləndirib zəfər qazanacağıq”, - Q.Paşayeva bildirib.
Millət vəkili qeyd edib ki, Türkiyədə bu cür konfransların keçirilməsi çox önəmlidir.
Bundan başqa, Sivasda millət vəkilinin “Turan yolçusu” və “Eşq yolçusu” kitablarının təqdimatı və imzalanma mərasimi olub.
Mərasimdə çoxsaylı ziyalı, gənc və jurnalist iştirak edib.
Q.Paşayeva özəlliklə gənclərin imza mərasiminə qatılmasından məmnunluğunu ifadə edib.
Sivas Cümhuriyyət Universiteti rəsmiləri millət vəkilinin bu ali təhsil ocağında Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı konfransların keçirilməsi təklifini dəstəkləyib.
Millət vəkili görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin artmasının vacibliyini vurğulayıb.
Görüşdə iki qardaş ölkə olan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub.
Millət vəkili həmçinin Sivasda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi aparıb.
Q.Paşayeva Azərbaycanın bu vilayətdə təbliği istiqamətində onların üzərinə böyük vəzifələr düşdüyünü bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv