Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
DÜNYA

Bu nə Çingiz xanda alınıb, nə Hitlerdə - Burcanadze

<b>Bu nə Çingiz xanda alınıb, nə Hitlerdə - Burcanadze</b>

Qərb Rusiyanı küncə sıxışdırmaqla səhvə yol verir

Axar.az xəbər verir ki, bunu “İnterpressnyus” agentliyinə müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
“Həmişə demişəm ki, Qərb Rusiyanı təcrid etməklə səhvə yol verir. Rusiyanı beynəlxalq təşkilatlara cəlb etmək lazımdır. Yalnız burada müəyyən qədər siyasəti korrektə etmək olar. Rusiyanın siyasətinə güclə təsir göstərmək heç kimə müvəffəq olmayıb. Bu nə Çingiz xanda, nə Napoleonda, nə Çörçilldə, nə də Hitlerdə alınıb. Bunu indiki dünya liderləri də bacarmayacaq” – deyə o bildirib.
O, tezliklə Moskvaya səfər edəcəyini və Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacağını deyib:
“Deyirlər ki, bizim deputatlar Rusiyaya bu cür səfərləri qadağan etmək istəyirlər. Əgər bunu etsələr, ondan sonra dərhal Moskvaya gedəcəyəm. Baxaq görək, məni necə həbs edəcəklər”.
Zəruri qeyd: Çingiz xanın özü deyil, ordunun Sabutayın başçılığı altında kiçik bir hissəsi ən qısa müddətdə rus knyazlarının birləşmiş ordusunu darmadağın edərək, böyük qənimətlə geri dönmüşdü. Bundan 14 il sonra Batı xanın məşhur istilası başlayacaqdı ki, onun da Çingiz xana aidiyyəti yoxdur.
Böyük siyasətçi sayılan Çörçill isə ümumiyyətlə Rusiya ilə güc dilində danışmayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv