Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
TÜRK DÜNYASI

Ankarada 31 Mart soyqırımının 100 illiyi ilə bağlı konfrans keçirilib

<font color=red><b>Ankarada 31 Mart soyqırımının 100 illiyi ilə bağlı konfrans keçirilib</b></font>

Nail Çələbi: “Anadolu, Azərbaycan, Qırğız, Özbək, Türkmən, Qazax türkləri bu ağrını heç unutmayacaq”


Bu gün Türk Dünyası Parlament Birliyi 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində mətbuat konfransı təşkil edib. Birliyin sədri Nail Çələbi, erməni silahlı dəstələrinint Türklərə qarşı etdikləri soyqırımı lənətləyərək şəhidlərə Allahdan rəhmət diləyib. Nail Çələbi bu günün bir tarix olduğunu ifadə edərək, erməni və bolşevik dəstələrinin son iki yüz ildir Azərbaycan türklərinə qarşı mərhəmətsiz qırğınlar həyata keçirdiklərini söyləyib. Çələbi, erməni-bolşevik birlikləri və şəbəkələrinin 31 Martda başlayıb 3 gün içində başda Bakı olmaqla, onlarla Azərbaycan şəhəri və Qarabağın dağlıq hissəsində 50 min Türkü vəhşicəsinə qətl etdiyini vurğulayıb: “Bu gün Şamaxı, Zəngəzur, Lənkəran, Quba qırğınlarının izlərini görmək mümkündür . Bu insanların günahı nə idi? Bu insanlar yalnız Türk olduqları üçün öldürüldülər, vəhşicəsinə qətl edildilər. Bu görə Anadolu, Azərbaycan, Qırğız, Özbək, Türkmən, Qazax türkləri bu ağrını heç unutmayacaq”.
Erməni-daşnak zehniyyətinin son olaraq Xocalıda özünü göstərdiyini qeyd edən Çələbi, Qarabağdakı Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olduğunun unudulmamasını istədi: “Erməni-daşnak zehniyyəti bu gün də iş başındadır ... Dünyanı özlərinin etdiyi soyqırımları, işğalları Türklərin etdiyinə inandırmağa çalışırlar. Amma gerçəklərin üstü əsla örtülə bilməz. 31 martda, Türk dünyasında simvol olan Azərbaycan türklərinin soyqırım günündə ermənilər tərəfindən öldürülən on minlərlə Türkə rəhəmət diləyirəm. Dünyanın heç bir yerində heç bir Türkün ayağına daş dəyməsin, işğal altında heç bir Türk yurdu qalmasın ... Başda Türkiyəmiz olmaqla bütün Türk yurdlarında şanlı bayraqlarımız sonsuza qədər dalğalansın”.
Nail Çələbi 1918-ci ildə Qafqazda Azərbaycan Türklərinin fəryadını eşidən Nuri Paşa əmrindəki Türk Qafqaz İslam Ordusu mənsublarını, Azərbaycan Türklərinin əsla unutmadığını da vurğuladı: “31 mart 1919-cu ildə Azərbaycan Respublikası Parlamenti bu tarixi azərbaycanlıların soyqırımı günü kimi qəbul etdi. Böyük lider Heydər Əliyev martın 31-i tarixini 1998-ci ildə çıxarılan fərmanla ikinci dəfə azərbaycanlıların Soyqırımı günü elan etdi”.


photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv