Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
07 DEKABR
SİYASƏT

Söyüşcül qrupun liderləri mənə hücum etdi - Adil Əliyev

<b>Söyüşcül qrupun liderləri mənə hücum etdi - Adil Əliyev</b>

Almaniyanın Köln şəhərində azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir uğurlu alındı

Bunu bir daha ona görə təkrarlamaq məcburiyyətindəyəm ki, Avropadakı 3-5 nəfərlik söyüş qrupu dayanmadan mənə və toplantıya qatılanlara qarşı söyüşlər yağdırır, hamını təhqir edirlər. Yaxşı, məni hədəf götürmüsünüz, çünki aylardır sizinlə sivil müstəvidə mübarizə aparmaq istəyirəm və fikirlərimi də zaman-zaman sosial şəbəkədə yazıram. Bəs toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz? Onların baxışları sizin “baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar? Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız “demokratiya”və “fikir azadlığı”? Niyə hamı sizin kimi düşünməlidir? Avropadakı soydaşlarım sizin kimi düşünmürsə, kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız? Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır.
Report-un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev bildirib.
O qeyd edib ki, tədbir təşkilatçıları barəsində deyilənlər yalandır: “Söyüşcül qrupun iki məlum lideri deyir ki, guya onları toplantı salonuna buraxmayıblar. Kökündən yalandır. Mən zalda çıxış edərkən xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırırlar, nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, prezidenti təhqir edən şəkillərlə içəri daxil olacaqlar. Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər? Özləri də bilməmiş deyildilər ki, toplanıya gələnlərin inandığı siyasətə və prezidentə qarşı təhqirlərə kəskin reaksiya veriləcək. Həm də onlar toplatıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Toplantı saat 15:00-də başlayıb, bunlar isə tədbirə 15:30-da gəlmiş yarım saat sonra. Özü də bir neçə gün əvvəldən Köln polisinə müraciət ediblər ki, bəs toplantı salonu qarşısında etiraz edəcəklər. Yəni söyüş qrupu əvvəlcədən toplantıya qatılmağı yox, toplantıya etiraz etməyi qarşısına məqsəd qoyub. Bir sözlə, məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub”.
Deputat qeyd edib ki, çıxışındakı fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar:
"Azərbaycan Cümhuriyyətinin 100 illiyini nəzərə alaraq “xoş günümüz” ifadəsini işlətmişəm. Məgər Cümhuriyyətimizin 100 illiyi xoş günümüz deyilmi? “Xoş günümüz” dedikdən sonra mart soyqırımına toxunmuşam. Və ya yalandan yazırlar ki, guya Cümhuriyyət haqqında danışarkən Cümhuriyyət qurucularının adını çəkməmişəm. Yenə yalan, yenə iftira! Bir də mənim çıxışıma baxın, görüntülər yerindədir! Çıxışımda Məhəmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin və Əlimərdan bəy Topçubaşovun adını xüsusi olaraq çəkmişəm və onların cümhuriyyətin qurulmasındakı rollarını xüsusi olaraq vurğulamışam”.
A.Əliyev həmin tədbirə Bakıdan idmançıların aparılması ilə bağlı iddianın əsassız olduğunu vurğulayıb: “Mənimlə Bakıdan Kölnə Kikboksinq Federasiyasının cəmi iki üzvü gedib. Zaldakı gənclər Almaniyada yaşayanlardır. Onlar arasında yerli idman klublarının üzvləri də var. Burda nə var ki?! İdmançıyam və vətənimdə Kikboksinq Federasiyasının rəhbəriyəm... Dünyanın müxtəlif ölkələrində idmançı dostlarım var və hər zaman mənim tədbirlərimə qatılırlar. Bu söyüş qrupunun dövlətə xəyanəti burda da özünü göstərir. Toplantıya qatılan Almaniya vətəndaşı olan gənclərin bir hissəsi soydaşlarımız, bir hissəsi isə Anadolu türkləri idi. Deməli, bu söyüş qrupu Azərbaycan-Türkiyə birliyinə də nifrət edir. İndi Siz deyin, bunlar kimin dəyirmanına su tökürlər? Maliyyə məsələsinə bir daha qayıtmaq məcburiyyətindəyəm. Dünənki statusumda yalanlarını ifşa etsəm də, yenə eyni iftiranı yazırlar. Guya toplantı üçün otel salonunun icarəsinə 80 min avro xərclənib və bu, Azərbaycanın dövlət büdcəsinə aiddir. Əvvəla, Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbaycan və Türkiyə Kültür dərnəklərinə aiddir, bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur. Olsaydı, toplantımızda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər. Maliyyəyə gəldikdə, Bakıdan 3 nəfərlə təyyarənin “ekonom klass” hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri üzərlərinə götürüblər. Toplantının keçirildiyi otelin zalına gəldikdə isə 3 saat üçün 1400 avro pul ödənib. Görəsən, bu yalançılar 80 min avro rəqəmini hardan götürüblər? Yeri gəlmişkən, puldan çox danışırlar, ancaq özləri gah Kölndə, gah Parisdə, gah Amsterdamda peyda olurlar. Yaşadığınız ölkədə elmlə və yaradıcı işlə məşğul olmursunuz ki, böyük məvacibiniz olsun, bəs onda hansı pulla Avropanı gəzirsiniz? Bütün günü Avropanın müxtəlif şəhərlərinin paytaxtlarında bağırmağınıza nə qədər xərcləyirsiniz, yol pulu, otel pulu, yemək pulunu hardan alırsınız, olmaya özünüzə varlı sponsor tapmısınız? Söyüş söyən tör-töküntülərə cavab verməyə də bilərdim. Ancaq bu qrupun məqsədi tək söyüş söymək deyil, başqalarını yalanlarına inandırmaqdır. Məni tanıyanlar necə insan olduğumu bilir, fərqli fikrə hörmətlə yanaşıram. Hamı eyni cür düşünə bilməz, bu normaldır. Ancaq məni və ailəmi, o cümlədən dostlarımı söyənlərə də demək isrtəyirəm ki, mənə “ünvanladığınız” sözlərin 5 qatını sizə arzu edirəm! Bir də sizin söyüşləriniz məni yolumdan döndərməyəcək. Avropa sizin deyil ki, ora gəlib sözümü deməyim, bu vaxta qədər soydaşlarımı və Anadolu türklərini bir yerə yığıb dərdləşmişik, yenə də gələcəm. Mən mübariz insanam! Söyüş söyənlərə sosial şəbəkələr üzərindən ilk cavab verənlərdən biri mən olmuşam. Uzun müddət onlarla polemika aparmağa çalışdım, söyüşlərinə söyüşlə cavab vermədim, izah etməyə çalışdım. Başqaları susdu, mən isə danışdım, üzərimə hücuma keçdilər. İndi də həm onlar, həm onların Azərbaycandakı dəstəkçilərinin bir hissəsi mənə qarşı tərbiyəsiz ifadələr işlədirlər. Mən səbrliyəm, siz qışqırmağınızda, söyüş söyməyinizdə olun. Onsuz da bu gedişlə elə olduğunuz yerdə qalacaqsınız, biz isə dövlətimizə və millətimizə xidmətimizi davam etdirəcəyik!”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv