Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
DÜNYA

Çinin nəzarətdən çıxan peyki Yerə düşdü

<b>Çinin nəzarətdən çıxan peyki Yerə düşdü</b>

Çinin nəzarətdən çıxan Tianqonq-1 kosmik stansiyası bu gün Yerə çırpılacaq

00:10
Axar.az xəbər verir ki, kosmik stansiyanın düşəcəyi ölkələr arasında Türkiyə, İspaniya, İtaliya, Dağıstan və Koreya yarımadası da var.
Avropa Kosmik Agentliyi isə həmin cismin Pekin vaxtı ilə 07:25-də yerə düşəcəyini vurğulayıb.
2013-cü ildə xidməti müddətini tamamlayan kosmik stansiyanın 2016-cı ildə nəzarətdən çıxdığı BMT-yə deyilmişdi.
10 metr uzunluğu və 8 ton ağırlığı olan peykin digər süni peyklərdən bir az böyük olduğu bildirilir. Alimlərin fikrincə, Tianqonq-1-in əhalisi çox olan şəhərlərə düşmə ehtimalı yoxdur.
Qərb alimləri Yerin atmosferinə daxil olduqdan sonra peykin 60-80 faizinin yanacağını, Yerə ancaq 20-40 faiz civarında, 1,5-3,5 tonluq bir çəkidə gəlib çatacağını bildiriblər. Peykin parçalanacağı və daha kiçik hissələrə bölünəcəyi istisna edilmir.
***
Tianqonq-1 Sakit okeanın cənub hissəsində havada ikən yanıb.
Bu barədə Çin Kosmik Agentliyindən məlumat verilib.
Süni peyk Çin vaxtı ilə 08:15-də (Bakı vaxtı ilə 04:15) atmosferə daxil olub və əhəmiyyətli hissəsi yanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv