Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
MEDİA

Medianı söyən akademiklə bağlı – Müraciət

<b>Medianı söyən akademiklə bağlı – Müraciət</b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsi mediada və sosial şəbəkələrdə böyük etirazla qarşılanıb

Axar.az xəbər verir ki, onun “Bayaq “küçük” sözü dedim ha, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər” deməsi media nümayəndələrini haqlı olaraq hiddətləndirib.
Təhqirin ünvanlandığı Modern.az saytı sözügedən xoşagəlməz olaya görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə müraciət edib.
Müraciətdə deyilir:
“Hörmətli Akif Əlizadə!
Sizin Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsindən xəbəriniz varmı?
Mütləq xəbəriniz var. Çünki əməkdaşınız bu “qəhrəmanlığı” ilə az qala ölkə gündəmini zəbt etdi.
Ancaq tabeliyinizdə olan institut direktorunun yaratdığı bu biabırçı olaya münasibət sərgiləməməyiniz bizim üçün o biabırçılıqdan daha məyusedicidir.
Doğrudanmı, Akademiyada bu kimi məsələlər adi haldır? Doğrudanmı, bir ölkənin jurnalistlərini təhqir edən institut direktoruna “gözün üstündə qaşın var” deyilmir? Doğrudanmı, bu böyüklükdə biabırçılığın qaşılığında Siz tərəfdən heç olmasa kiçicik bir üzrxahlıq yoxdur?
Doğrudanmı, jurnalistlər sizin nəzərinizdə o direktorunuzun dediklərinə layiqdirlər?
Münasibət bildirməməniz bizdə Akademiya barədə əsaslı olaraq mənfi fikirlər yaradır.
Bu gün Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun bu təhqirlərinə görə məhkəməyə müraciət edəcəyik. Direktorunuzun səs yazısını da məhkəməyə verəcəyik.
Sonrakı proseslər barədə də Sizlərə elə bu məkanda məlumat verəcəyik”.
Xatırladaq ki, professor R.Məmmədov ondan hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistləri təhqir edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv