Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
SİYASƏT

Bakı bu silahları alıb, biz isə... – Erməni ekspert

<b>Bakı bu silahları alıb, biz isə... – Erməni ekspert</b>

Rusiyadan alınacaq yeni müdafiə krediti Ermənistanda artıq mövcud olan silahların və hərbi texnikanın modernləşdirilməsinə yönəlməlidir

Bunu “Sputnik Ermənistan” saytına müsahibəsində erməni hərbi ekspert David Arutyunov deyib.
“Ermənistan bundan öncəki 200 milyonluq kreditlə Ermənistan və Azərbyacan arasında balans yaradacaq silahlar alıb. Bu kredit xətti ilə tədarük keçən ilin sonunda bitib. Yeni vəsaitlə Ermənistan öz hərbi texnikasını, daha çox isə tanklarını, piyadaların döyüş maşınlarını və zirehli transportyorlarını modernizə edə bilər. Digər istiqamət isə artilleriya qurğuları, tank əleyhinə sistemlərin alınması ola bilər. Son illər ərzində Azərbaycan İsraildən əhəmiyyətli dərəcədə tank əleyhinə komplekslər alıb və Ermənistana pariteti saxlamaq lazımdır.
Digər istiqamət “2C1 Qvozdika” və “2C3 Akasiya” artilleriya sistemlərinin yenilənməsidir. Bu sistemlərin modernizəsi üçün böyük resursu var. Ümid edirəm ki, bu istiqamətdə nəsə ediləcək. Ona görə ki, Azərbaycan özüyeriyən qurğulara, xüsusilə “2C19 Mcta-C” və “2C31 Vena”ya böyük pullar xərcləyib.
Başqa bir məsələ isə aviasiya sistemləri, özəlliklə də hərbi vertolyotların modernləşdirilməsidir”, – deyə o bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv