Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
TÜRK DÜNYASI

“FETÖ Qafqazda vətəndaş müharibəsi yarada bilər“

<b>“FETÖ Qafqazda vətəndaş müharibəsi yarada bilər“</b>

Kosovada artıq Türkiyədən başqa heç nə gündəmdə deyil. Türkiyə hökuməti siyasi müxalifləri qaçırmaqda günahlandırılır

Bunu “Sözcü” qəzetinə müsahibəsində Türkiyə Vəkillər Assosiasiyasının rəhbəri Mətin Feyzioğlu deyib.
“Buradakı mediaya sizinlə öz maraqlarına görə dostluq qurmağı cəhd edənləri bizimlə əvəz etməyin mesajını verdik. FETÖ-nun təkcə Türkiyəyə təhdid olmadığını dedik. Onun Balkanları, Qafqazı və Afrikanı təhdid edən layihə olduğunu söylədik. Bunlar istədiklərini etdikləri boyunca sizə dost görünəcəklər, öz mənfəətlərinizə uyğun hərəkət edəndə isə ölkənizdə vətəndaş müharibəsi yaradacaq. Siz vətəndaş müharibəsindən keçmiş ölkəsiniz. Biz 15 iyulda vətəndaş müharibəsinin bir addımlığından geri döndük. Buna görə də bizi hər kəsdən daha yaxşı Kosovanın anlaması lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Milli İstehbarat Təşkilatı Kosovada xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı FETÖ-nun 6 üzvü həbs edilərək Türkiyəyə gətirilib. Bundan sonra Kosovada ictimai narazılıq başlayıb. Ölkənin daxili işlər və kəşfiyyat nazirləri istefaya göndərilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv