DÜNYA
ABŞ bazasına hücum: “Fərat qəzəbi” əməliyyatı başladı

Rakkadakı xalq milis dəstələrinin döyüşçüləri Suriyanın Eyn-İssa şəhərindəki ABŞ bazasına hücum ediblər
Axar.az xəbər verir ki, hücum zamanı minaatanlardan istifadə edilib.
Milis dəstələri yaydıqları açıqlamada ABŞ, Türkiyə və onların müttəfiqlərinin Suriyanın şimalındakı mövcudluğunu qəbul etməyəcəklərini açıqlayıblar. Onlar ABŞ, Türkiyə və müttəfiqlərinə qarşı “Fərat qəzəbi” əməliyyatını başlatdıqlarını bildiriblər.