Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
MƏDƏNİYYƏT

Udmurtiyalı professor Bakıya gəlib

<font color=red><b>Udmurtiyalı professor Bakıya gəlib</b></font>



Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Udmurtiya Tarix, Dil və Ədəbiyyat İnstitutunun filologiya elmləri doktoru, professor, aparıcı elmi işçi Aleksey Arzamazov Bakıda rəsmi səfərdədir. O, Azərbaycana RF Udmurtiya Respublikasının paytaxtı İjevskdən Udmurtiya və Azərbaycan arasında humanitar sahədə əməkdaşlığı inkişaf etdirmək üçün gəlib. Bu barədə Eurasia Diary xəbər verir.

Məsələ burasındadır ki, 15 min nəfərdən ibarət azərbaycanlı icması Udmurtiyada böyük hörmət və nüfuza malikdir. Diaspora tədbirlər təşkil edərək Azərbaycan mədəniyyəti və dəyərlərini aktiv şəkildə təbliğ edir. Bundan başqa, İjevskdə artıq iki ildir ki, azərbaycanlı uşaqların ana dili, tarixi və mədəniyyəti öyrənmələri üçün dərnək fəaliyyət göstərir. İkitərəfli əlaqələrin yaxşılaşdırılması üçün Aleksey Arzamanovun Bakıya səfəri təşəbbüsünü məhz "Dostluq" Udmurtiya Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev irəli sürüb.

Udmurtiyalı professor Bakıda bir sıra rəsmi görüşlər keçirib. Bu məsələdə ona qonağın təşkilati məsələlərini koordinasiya edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti yardımçı olur. O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, deputat İsa Həbibbəyli, Azərbaycan Yazıçılar İttifaqının (AYİ) sədri, xalq yazıçısı Anar, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Tarix Elmləri İnstitutunun direktoru Məryəm Seyidbəyli, Cənubi Azərbaycanın İrandakı nümayəndələri ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində görüşüb. O, həmçinin, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakultəsində olub.

Eurasia Diary-ə verdiyi müsahibədə o bildirib ki, Azərbaycanla əlaqələri praktikada olduğu kimi təkcə Moskva üzərindən deyil, həm də Rusiyanın regionları və respublikaları vasitəsilə qurmaq lazımdır.

“Rusiya çox böyükdür. Adətən bütün əlaqələr Moskva üzərindən həyata keçirilir. Bütövlükdə götürsək, bu elə də düzgün deyil, çünki, ölkə böyükdür və bütün ərazisi boyu müxtəlif elmi, mədəni, humanitar mərkəzlər yerləşir”.

Aleksey Arzamanov Bakıda sadəcə görüşlər keçirmədiyini vurğulayıb. Bu görüşlərin arxasında konkret layihələrdən ibarət müəyyən əməkdaşlıqlar durur.

“Mənim Azərbaycana səfərim dövlətlərimiz arasında əməkdaşlığın yaxşılaşdırılmasında gələcək fəaliyyətlər üçün başlanğıc nöqtəsi olacaq. Bir neçə gün öncə mən Cənubi Azərbaycanı təmsil edən iranlı qonaqlarla görüşdüm. Bizdə üç: azərbaycan, rus, udmurt dillərində ədəbiyyat antologiyası yaratmaq ideyası yarandı. Bu tarixdə ilk dəfə olacaq! Beləliklə, biz humanitar-mədəni əməkdaşlıq üçün konkret platformaların açıldığını müşahidə edirik”.

Qonaq Rusiyada xüsusilə də, gənc nəslin Azərbaycan barədə təsəvvürünün olmamasına təəssüflənir. Onun sözlərinə görə, yaşlı nəsil Sovet İttifaqı hüdudları daxilində yaşayıb, buna görə də bir çoxları Azərbaycanda olub, xidmət göstəriblər.

“Sovet İttifaqının dağılmasından 30 il keçib. Bir çox sahələrdə əlaqələr kəsilib. Biznes sahəsində əlaqələr nisbətən qorunub saxlanılıb, lakin humanitar sahədə demək olar ki, o yoxdur. Mənim üçün tədqiqatçı kimi yalnız mədəni əlaqələr deyil, həm də elmi əlaqələr çox önəm daşıyır. İstərdik ki, Azərbaycandan olan alimlərin işləri bizim elmi nəşrlərimizdə dərc olunsun, və biz öz məqalələrimizi Azərbaycanın elmi jurnallarında yerləşdirə bilək. Biz dil və mədəniyyət sahəsində elmi tədqiqat işlərinin aparılması, qrantların təşkili, milli dillərin öyrədilməsi metodikasınn işlənib-hazırlanması üzrə təcrübə mübadiləsində birgə layihələr planlaşdırırıq. Məsələn, bizim Volqaboyu xalqların dilləri - udmurt və tatar dilləri üzrə dərsliklərin hazırlanması sahəsində böyük təcrübəmiz var”.

Aleksey Arzamanov etiraf edib ki, Rusiyada çox az adam Dağlıq Qarabağ münaqişəsi barədə bilir. O bunun böyük haqsızlıq olduğunu düşünür.

“Bizim ümumiyyətlə Qarabağ haqqında məlumatımız yoxdur. Əlbəttə internetdə baxmaq və oxumaq olar, lakin bir qayda olaraq, açıq-aşkar subyektiv məlumata rast gəlinir. Mən rus dilində obyektiv məlumata, tarixi həqiqətə rast gıəlməmişəm. Dağlıq Qarabağ münaqişəsi barədə bu faciəni əks etdirən rus dilində kitablar dərc etmək və bütün Rusiya və dünyada yaymaq lazımdır. Hazırki vəziyyəti belə qoymaq olmaz”!

Bu Aleksey Arzamanovun Azərbaycana birinci səfəridir, buna görə də biz ondan təəssüratlarını soruşduq. O yalnız heyran qaldığını dedi.

“Heyrətamiz ölkədir. Çox gözəl şəhərdir. Qonaqpərvər insanlardır. Qədim mədəniyyətdir. Bu insanın gözünə sataşan ilk şeylərdir. Bizim üçün Azərbaycan ilk növbədə sovet dövrünün simvolları – Müslüm Maqomayev, Rəşid Behbudovdur. Sən demə, Azərbaycan mədəniyyəti təkcə bu dahi adlardan ibarət deyil. Şübhəsiz ki, Rusiyada müxtəlif səviyyələrdə Azərbaycanın çox maraqlı və Rusiaya dost ölkə olması barədə yazmaq və danışmaq lazımdır.

Udmurtiyalı alim əmindir ki, tərəflər bir-birlərini daha yaxşı tanımalıdır. O, həmvətənlərinin Azərbaycan haqqında daha çox bilməsi, azərbaycanlıların isə Udmurtiya və bütövlükdə Rusiya barədə bilməsi üçün maarifləndirici layihələrlə məşğul olmaq fikrindədir.

Aleksey Arzamanovun səfəri Azərbaycanın ən əsas bayramlarından biri olan Novruzla eyni vaxta düşüb. Ölkə əhalisi baharın gəlişini və təbiətin oyanışını qeyd edir. O bunun bir məna daşıdığını anlayıb.

“Novruz "yeni gün" deməkdir”. Ola bilsin ki, nəsə yeni və maraqlı bir şey yaratmaq üçün yeni gün gəlib. Xalqın bu bayramı keçirməsində mən xalqın ruhunu hiss etdim. Bu bayram mənə məlum olmayan Azərbaycan mədəniyyətinə qapılar açdı”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv